Monoqrafiyada orta əsr mənbələri, xüsusilə ərəbdilli mənbələrdəki materiallara və tarix, arxeologiya, etnoqrafiya, antropologiya, dilçilik elmində mövcud olan fikirlərə əsaslanaraq Tiflis və onun ətrafında (tarixi Borçalı torpaqları) 300 ildən artıq mövcud olmuş Tiflis türk-müsəlman əmirliyinin tarixi tədqiq edilmişdir.

Tədqiqatda əmirlik qurulmazdan əvvəl adıçəkilən bölgədəki siyasi, etnik və mədəni vəziyyət, Xilafətin bölgədəki fəthləri, əmirliyin siyasi hüdudları, tarixi, mədəni mənsubiyyət məsələləri, əmirlik işğal edildikdən sonra bölgədə baş vermiş demoqrafik dəyişikliklər haqqında məlumat verilir.

Monoqrafiya tarixçilər, şərqşünaslıq, Azərbaycan tarixinin orta əsrlər dövrü, Xilafət dövrü, tarixi Azərbaycan dövlətləri, tarixi Azərbaycanın Borçalı bölgəsinin tarixi ilə maraqlanan elmi işçilər, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Write A Comment