Bu miniatürdə çox maraqlı hadisə baş verir.

Tacir qiyafəsində Şah İsmayılın yanına gəlmiş osmanlı elçiləri danışırlar ki, Sultan Səlim tərəfindən məğlub edilmiş Bəyazid onları yanına çağırıb əmr etdi:
“Şahın yanına gedin və onun mənə 1500 qızıl tümən göndərməsini xahiş edin”.

Bu heç də sıradan bir cümlə deyil. Təsəvvür edin, bizə indiyə kimi deyirdilər ki, Osmanlı-Səfəvi qarşıdurması dini qarşıdurma idi. Üstəlik güya, bu dövlətlər həmişə bir biri ilə düşmənçilik edirdilər və burada əsas təhrik edənlər qızılbaşlar olublar. Ancaq görünən odur ki bu heç də belə deyil.

Taixdən bizə məlumdur ki, Bəyazid Sultan ilə Şah İsmayıl arasında yaxşı münasibətlər var idi. Hər iki hökmdar bir birilərin hakimiyyətlərinə hörmətlə yanaşırdılar, yani onlar arasinda əvvəldən сiddi problemlər olmayıb. Buna dəlalət edən isə elə bu miniatürdü.
Necə ola bilər ki Osmanlı Sultanı gəlsin Qızılbaş Şahından yardım istəsin? Nə üçün? Əlbətdə, bu Bəyazid sultanın Şah İsmayıla olan inamını göstərir və bu qarşılıqlı idi. Bəllidir ki, Bəyazidin Səfəvilərə qarşı olan məramını oğlu Səlim bölüşmürdü.

İndi anladınızmı ki, sonrakı Osmanlı-Səfəvi müharibələri heç də məzhəbi müharibələr deyildi. Sultan Səlimin, Şah İsmayılın onun atası Bəyazidi dəstəkləməsi yönündə incikliyi və bu səbəbdən atdığı yanlış addımlar, bu müharibəyə rəvac verən amillərdən idi.

Write A Comment