Son dövrlərdə Dağıstanda bəzi qüvvələr anti-azərbaycan fikirləri yaymağa başlayıb. Düşünürük ki, bu hal İskəndər M ilə bağlı Azərbaycanın haqlı narazılıqlarına cavab olaraq Rusiyada kimlərsə tərəfindən təzyiq vasitəsi kimi də ortaya atıla bilər. Amma əsas məsələ bu deyil.
Əsas məsələ milli zəmində Azərbaycan ilə Dağıstanın bəzi xalqları arasında gərginlik yaratmaq, Azərbaycanı və azərbaycanlıları aşağılamaq, Azərbaycana qarşı ərazi iddiası irəli sürmək istəyənlərin sosial şəbəkələrdə peyda olamsıdır. Bu iddialara görə Azərbaycanın şimal rayonları əslində vaxtilə mövcud olmuş Ləzgi dövlətinin torpaqlarıdır və Azərbaycana aid deyil.
Məsələnin son dövrlər aktuallsşdığını nəzərə alaraq AMEA-nın əməkdaşı Aydın Əlizadənin bu iddiaya verdiyi video cavabı səhifəmizdə paylaşmağı qərara aldıq


Write A Comment