“1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı müəllifin eyni zamanda yaşadığı dövrün mürəkkəb və kəşməkeşli hadisələrə fəal vətəndaş mövqeyini bildirməsi, alovlu publisist və qızğın bir vətənpərvər olduğunu sübut edir. Müəllifin “Təvarixi-rəzm və şurişi-taifeyi-əraməniyyeyi-Qafqaz ba firqeyi-müsəlmanan” (“Qafqaz erməniləri tayfasının müsəlmanlarla savaş və iğtişaş tarixləri”) adlandırdığı bu kitabı real faktlar əsasında qələmə alınıb və ermənilərin 1905-1906-cı illərdə xalqımıza qarşı törətdiyi vəhşilik və cinayət əməllərini, mənfur niyyətlərini tam gercəkliyi ilə əks etdirir, bir sıra aktual mətləblərə aydınlıq gətirir.

Write A Comment