Yeddi kilsə monastır kompleksi – Qax rayonunda, Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında “Yeddi kilsə” adı ilə məşhur olan möhtəşəm alban monastır kompleksidir.
Məbədin tarixiylə bağlı kifayət qədər məlumat qorunmamışdır. Lakin məbədin IV-V əsrlərdə Qafqaz Albaniyasında xristianlığın çiçəkləndiyi bir dövrdə inşa edildiyi güman olunur.
Belə ki, Albaniyanın Alban Arşakiləri sülaləsindən olan hökmdarı III Mömün Vaçaqanın hakimiyyətə gəldikdən sonra, sonradan Alban Həvvari Kilsəsinin katolikosu olan Müqəddəs Qriqoris in təhriki və təsiri ilə xristianlıq Qafqaz Albaniyasında rəsmi dövlət dini elan edilir. Albaniyada əsası hələ I əsrdən qoyulan xristian icması müstəqil şəkildə və geniş fəaliyyət göstərməyə başlayır. III Mömin Vaçaqanın əmri ilə ölkənin hər yerində möhtəşəm kilsələr və monastırlar inşa edilir, dini təhsil verən məktəblər açılır. Məhz Yeddi kilsə monastır kompleksinin də o zaman inşa edildiyi düşünülür.

Hal-hazirda təmirə ehtiyac duyulan və məhv olma təhlükəsində olan abidələrimizdəndir.

Write A Comment