Maraqlıdır, Pakistanın Azərbaycana və onun xalqına olan xüsusi münasibətini necə izah etmək? Azərbaycanın böyük oğlu Hacı Zeynalabdin Tağıyevin Pakistan xalqına kömək etməsi hekayəsini hamı eşidib, ancaq bu məsələdə daha dərin tarixə  keçmək lazımdır. Azərbaycandan olan qizilbaşlar indiki Pakistana necə keçdilər? Az adam bilir, amma şiəliyin Pəncabda (indiki Pakistan) yayılmasına təsir edən nüfuzlu Qızılbaşlar idi. Andreas Rick “The Shias of Pakistan: An Assertive and Beleaguered Minority” kitabında yazır:

19-cu əsr Pəncabda şiəliyin möhkəmlənməsinə ən vacib töhfəni 1849-cu ildə Lahorda məskunlaşan Qızılbaş ailəsi etdi. Lahor kızılbaşlari – ataları iki əsr əvvəl İranda Səfəviləri hakimiyyətə gətirmiş, 1738-1740-cı illərdə Nadir tərəfindən İrandan (İran deyərkən Əfşarilər imperiyası nəzərdə tutulmlidir red.) Əfqanıstan və Şimali Hindistana gətirilən çox sayda kızılbaş qoşunlarının bir hissəsinə deyilir.” Pakistan Qızılbaşlarıdan çıxan məşhur insanlar arasında Pişəvər Ali Məhkəməsinin Baş hakimi Əli Qızılbaşi qeyd edilə bilərik.

ABŞ Federal Məhkəmələrinin 1985-ci il sentyabr ayı bülletenindən səhifə. Soldan Üçüncü

Eyni zamanda Ağa Məhəmməd Yəhya Xani da qeyd etmək olar. O, Pakistanin dövlət xadimi, generali və 1947 ildə meydana gələn bu yeni  ölkənin üçüncü prezidenti idi. Ağa Məhəmməd Yəhya Xan, Əfşarilər dövlətinin qurucusu Nadir Şah Əfşar ilə 1738-ci ildə Hindistana gələn xanlar qəbiləsindən idi.

Mənbə: : turcomanica.blogspot.com

Write A Comment