“Azərbaycan ordusu” mənasında istifadə olunan ifadə “əsagiri-Azərbaycan” idi. XX əsrə aid rəsmi sənədlərdə isə “Qarabağ Azərbaycan İslam Ordusu” ifadəsinə rast gəlinir. Həmin ifadə ilk dəfə 21 oktyabr 1918-ci ilə aid sənəddə – Osmanlı Xariciyyə Nəzarətinin təzkərəsində işlədilmişdir.

Burada Batumi müqaviləsindən sonra ermənilərin … Qarabağ və Naxçıvan ərazilərində həyata keçirdikləri qətliama “Qarabağ Azərbaycan İslam Ordusu”nun mane olduğu bildirilir və aşağıdakı ifadələr qeyd olunur:

“Ermənilərin hər cür pis əməlinin və yox etmə siyasətinin lideri olan Andranik adındakı komandir indiyə qədər yüz minlərlə qan axıtdı, evlər dağıtdı və hələ də Qarabağ ətrafında bu siyasətə davam edir. “Qarabağ Azərbaycan İslam Ordusu”ndan göndərilmiş olan dəstə bu yox etmə siyasətinə mane olur.

Bu dəstənin qabağından ermənilər və Andranik qaçdığına görə o ərazidə müvəqqəti, nisbi səssizlik yaranmışdır. Ermənilər sırf siyasi məqsədlərini həyata keçirmək məqsədilə bunun əksini iddia edib yalan söyləyirlər”.

📘 Zülfiyyə Vəliyeva Önlen, “Osmanlı sənədlərində Azərbaycan
toponim və etnonimləri”

Write A Comment