Bilirsinizmi ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə qadın hüquqları elə bir səviyyədə qorunurdu ki, hətta bu gün də bir çoxu buna təəccüblənir? Tariximizin bilinməyən, maraqlı və bir o qədər də qızğın müzakirələrə səbəb olan tərəfləri:

Təhsil partlayışı: 1918-ci ildə Gəncə gimnaziyasında cəmi 4 azərbaycanlı qız oxuyurdusa, 1 il ərzində (1919-1920) bu rəqəm 296 nəfərə çatmışdı!

İnqilabi sosial hüquqlar: Hələ 100 il əvvəl Məhəmməd Əmin Rəsulzadə qadınların sağlamlığa zərərli işlərdə çalışmasının qadağan olunmasını, analıq məzuniyyətini və zavodlarda uşaq bağçalarının açılmasını tələb etmişdi.

“Qul analardan azad övlad olmaz!”

Deputat Əkbər ağa Şeyxülislamovun parlamentdəki bu sərt çıxışı zalı ayağa qaldırmışdı: “Əgər qadınlarımız azad olmasalar, dövləti müdafiə edən azad fikirli övladlar deyil, qul və əsir insanlar yetişdirərlər.”

Parlamentdə gülüş və alqış doğuran təklif: Çıxışının sonunda Əkbər ağa elə bir təklif irəli sürdü ki, zalda həm alqışlar, həm də gurultulu gülüşlər bir-birinə qarışdı: Hər kişinin yalnız bir arvad almaq hüququ olmalıdır! (Həmin dövrün reallığı üçün bu, əsl inqilab idi).

📚 Ayaz İlyasovun, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabından

Write A Comment