
“Səfəvi dövründə fars dilində yazılmış salnamələrdə Şeyx Səfiəddinin əfsanəvi babası Seyyid Cəbrayıl “bir türk dərvişi”, Şeyx Səfiəddin isə “Ey türk gənci, ey türk piri” kimi təqdim edilir. Şeyx Heydərin müridlərinə geyindirdiyi qızılbaş tacı “Heydəri türk tacı”, onun geyimi “türkmən kaputu”, qızılbaş tacı isə “türkmənlərin şüarı” kimi təsvir olunur.
Bundan əlavə, günümüzə qədər gəlib çatan bəzi türk dilli məktublar, eləcə də Qərb səyyahlarının qeydləri də bunu təsdiqləyir. Onlar yazırdılar ki, ölkədə əsas danışıq dili türk dili idi, şahın özü də türk dilində danışırdı. Hətta şahdan mükafat almaq istəyən şəxs mütləq türk dilini öyrənməli və istəyini bu dildə ifadə etməli idi.
Bu faktlar Səfəvi hökmdar nəslinin mənşəyi məsələsini və Səfəvi Dövlətinin bütün xüsusiyyətləri ilə türk dövləti olduğunu aydınlaşdıran mühüm tarixi dəlillərdir.”
📗Bkz. Doç. Dr. Cihat Aydoğmuşoğlu, Safevîye Tarikatı, s. 32-33.
Məmmədtağıbəy Nağıbəyov