1918-ci ilin bu günlərində (27 iyun-1 iyul) Bakıdan Gəncəyə doğru hücuma keçən bolşevik-daşnak qüvvələrinin Göyçay ərazisində Qafqaz İslam Ordusu və yerli könüllülər tərəfindən darmadağın edilməsi günüdür.

​1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətini məhv etmək məqsədilə Bakı Xalq Komissarları Sovetinin rəhbərliyi ilə hərəkətə keçən bolşevik və daşnak-erməni hərbi birləşmələri Göyçay istiqamətinə hücum etmişdilər.

​Döyüşlər əsasən Göyçayın Qaraməryəm, Bığır, Qarabaqqal, Qarayazı və İnçə kəndləri ərazisində cərəyan edib. Xüsusilə Qaraməryəm yüksəkliyi uğrunda gedən ağır döyüşlər həlledici xarakter daşıyırdı. Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu və döyüşlərə qoşulan yerli sakinlər düşmənin irəliləyişini dayandıraraq, onları ağır məğlubiyyətə uğratdılar.

​Bu zəfər bolşevik-daşnak qüvvələrinin strateji təşəbbüsü itirməsinə və Bakının azad edilməsi prosesinin başlamasına yol açdı. Tariximizin bu şanlı səhifəsini qürurla yad edirik.

➡️P.S. Maraqlıdı, bu qondarma “Bakılılar günü” anlayışını bu tarixi döyüşü unutdurmaq üçün icad etdilər? Necə düşünüsüz?

Write A Comment