Şübhəsiz ki, bir çoxları Hindistanın türk hökmdarları olan Böyük Moğollar haqqinda eşitmişlər. Ayrıca Nadir Şah Afşarın Hindistan kampaniyası haqqında da məlumat yerləşdirmişdik. Ancaq bilirdinizmi ki, əcdadlarımız nəinki Hindistanda müharibələr aparmış, eyni zamanda orada təxminən iki əsr boyu mövcud olan bir dövlət yaratmışdılar? Beləliklə, bu gün Qütbşahlar sülaləsi haqqında danışacağıq.

Bu sülalənin banisi Sultan Qulu, Qaraqoyunlu Qara Yusifin nəslindən gəlirdi. Buna görə bu sülaləni təkcə türk və ya Oğuz deyil, həm də azərbaycanlı adlandıra bilərik. Yeri gəlmişkən, bu türk sülaləsi Moğol imperiyasının yaranmasından əvvəl Hindistanda hökmranlıq etmişdir.
Qütbşahlar dövləti, şiə müsəlmanları tərəfindən qurulan, Bəhmənilər dövlətinin xarabalıqlarında yaranan beş sultanlıqdan biridir. Sülalənin banisi Qaraqoyunlu qəbiləsindən olan Sultan Qulu idi və Telugu xalqı arasında ilk müsəlman hökmdar idi.

Sultan Qulu da idarə etdiyi ərazilərdə şiə İslamınin yayılmasına öz töhfəsini verdi.
Con Briqs tərəfindən, Fars dilindən ingilis dilinə tərcümə olunan Məhəmməd Qasım Feriştənin “History of the rise of Mahomedan power in India, till the year A.D.1612” əsərində, müəllif Sultan Qulu haqqinda aşağıdakıları yazır:

“Mən Peyğəmbər və onun xələfi Əlinin yanında and içdim ki, əgər müstəqillik qazana bilsəm, 12 imamın əqidəsini “əvvəllər möminlərin bayraqlari dalğalanmayan yerlərdə” yayilmasına kömək edərdim”; amma fikrimi Şah İsmayıldan aldığımı düşünməyin. Bəlli olsun ki, mən Sultan Yaqubun (Ağqoyunlu) hakimiyyətindən bu yana 12 imam (ə) dininə etiqad etdim, çünki bu mənim əcdadlarımın inancı idi. İndi demək olar ki, yüz yaşım var, əksəriyyətini həqiqi dinin (şiəliyin) qanunlarını yaymağa həsr etmişəm. ”

Beləliklə, biz nə görürük. Azərbaycanin Qaraqoyunlu qəbiləsinin nümayəndəsi, Hindistanda bir dövlət yaradır. Əhəmiyyətli bir məqam da odur ki, yalnız Şah İsmayıl deyil, eyni zamanda Sultan Qulu da öz hökmranliq etdiyi ərazidə 12 imam (ə) əqidəsini yaymaq siyasəti yürütməsidir.

Ссылка: https://vk.com/türkün sesi

Write A Comment