Sara xanım Aşurbəyli – bu nəslin ən şöhrətli təmsilçilərindən biri – Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin ümummilli səviyyədə dərkində özünün şəxsi, gerçəkdən misilsiz töhfəsini vermişdir. Asan olmayan, bəlkə də faciəli bir tale nəsib olmuş Sara xanım orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq Şərqdə yaxşı tanınır. Bu yolda ona təkcə parlaq analitik təfəkkürü və kamil təhsili deyil, həm də yeddi dil – ərəb, fars, fransız, alman, ingilis, rus və Azərbaycan dillərini bilməsi kömək etmişdir.
Sara xanım Aşurbəylinin elmi monoqrafiyaları – “Orta əsrlər Bakısının tarixi oçerki”, “Şirvanşahlar Dövləti”, “Azərbaycanın orta əsrlərdə Hindistanla iqtisadi və mədəni əlaqələri”, “Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü” hələ müəllifin sağlığında Azərbaycan tarixinə dair klassik əsərlər sırasına daxil olmuşdular.
Şirvanşahlar dövləti
In
Kitabxana
Comments are closed.