Səfəvilərin XIV Lüdovikə səfirliyi Fransa sarayında böyük səs-küyə səbəb olan elçilik idi. Səfirliyin rəhbəri Məhəmməd Rza Bəy İrəvan Bəylərbəyliyinin yüksək vəzifəli məmuru (kələntər) idi.

Qızılbaş şahı Sultan Hüseyn güclü bir dövlətin diplomatına yaraşan şəkildə, Rza bəyi böyük bir heyətlə Parisə göndərmişdi.

1715-ci il fevralın 19-da, Məhəmməd Rza bəy yoldaşlarının müşayiəti ilə at belində Versala girdi. Onu kral səfirləri və XIV Lüdovikin qoşunları müşayiət edirdi.

Parisdən və ətrafdan gələn yerli sakinlər şərq ölkəsindən gələn səfiri görmək üçün sarayın ətrafına toplaşdılar. Səfirin rəsmi qəbulu saray əyanları ilə dolu olan Güzgü qalereyasında baş tutdu. Rəssam Antuan Kuapel və katib Bose səfirin qəbulunu çəkdilər.

Rza bəy tərcüməçisi ilə içəri girəndə Lüdoviq ona farsca danışan tərcüməçisini verdi. Versalda şərq səfirinin şərəfinə ziyafət verildi. Nahardan sonra Məhəmməd Rza bəy kral XIV Lüdoviklə vidalaşaraq saraydan ayrıldı. Kral sonuncu dəfə 1715-ci il avqustun 13-də səfirlə danışıb.

Versalda keçirdiyi bir neçə ay ərzində Məhəmməd Rza bəy daimi səfirlərin göndərilməsi də daxil olmaqla, Qızılbaş dövləti və Fransa arasında diplomatik münasibətlərin qurulması haqqında danışıqlar apardı.

Beləliklə, avqustun 13-də Versalda iki dövlət arasında imzalanmış ticarət və dostluq müqaviləsi ilə vətənə qayıtdı. Bu razılaşma nəticəsində Fransanın Şərqlə dəniz ticarətində mühüm rol oynayan Marseldə səfəvilərin daimi nümayəndəliyi yaradıldı.

Write A Comment