Yeniçərilər biz qızılbaşları qardaş olaraq görürdü və Osmanlı din adamlarının Qızılbaşlar haqqında doğru məlumat vermədiklərini Sultan Səlimə yazmışdılar.

Həmin dövr osmanlı-səfəvi münasibətlərini və pərdəarxası siyasi oyunları anlamaq üçün bu çox önəmli faktdır. Həmişə deyirik ki məzhəb məsələsi daim bir bəhanə idi, bu da daha bir sübut.

Beləliklə Yeniçərilərin Təbrizdə Sultan Səlimə təqdim etdiyi ərizədə məlumat verilir:

“Ölkəmizdə 45 minə yaxın, İranda isə 20 minə yaxın insan rafizilik və bidətçilik ittihamı ilə qılıncdan keçirildi. [Təəssüf ki] təəssübkeş üləmamız bizə rafizilik və bidətlərin mənası barədə yaxşı məlumat vermədi və Əlahəzrəti Hz.Sultan qafil olub, bu qədər günahsız insanın ölümünə səbəb olub, bizim də ölümümüzə səbəb olub bizi də müsəlmanları öldürməyə təhrik etdilər.”

Gündə 5 dəfə Məhəmmədi azan oxunan, dəstəmaz alıb camaatla namaz qılan, oruc tutan, Quran oxuyan, həccə gedən və “Lə iləhə illəllah, Məhəmməd Rəsulullah” kəlamını oxuyan bir ölkənin camaatının hansı şəri prinsiplərə görə öldürülə bilər?

Əgər azanda əli açıq namaz qılmaq və “Əşhədü ənnə Əliyyən Vəliyullah və həyya əla xayrul-əməl” demək şəriətə ziddirsə, nə üçün Şafiilər bəzən əli açıq, bəzən də əli bağlı namaz qılırlar?

“Əşhədü ənnə Əliyyən Vəliyullah” demək bidətdirsə, niyə məscidlərdə minarə tikmək bidət sayılmır? Əlinin Allahın vəlisi olduğunu hamımız iqrar və etiraf edirik. Müəzzinlərimiz də sübh azanında “həyya əla xayrul-əməl” deyirlər.

İşin həqiqəti budur ki, biz əcəmlər ilə (qızılbaş/Səfəvilərlə) din adına savaşmayacağıq. Müharibənin mülk üçün getdiyi deyilsə də, bu xaraba ölkəni almaq o qədər qana dəyməz”.

Ədəbiyyat:
Ali Rıza Özdemir, Türk Hakanı Şah İsmail, s. 222-223
Babak Javanshir, İran’daki Türk Boyları ve Boy Mensubu Kişiler, s. 182-183
Nasrullah Felsefi, “Çaldıran Savaşı”, Vural Genç, İranlı Tarihçilerin Kaleminden Çaldıran (1514) içinde, s. 130

Məmmədtağıbəy Nağıbəyov

Write A Comment