Məhəmməd İbn Rzanın imzası ilə, bu nadir Səfəvi ştandartı, 1608-09-cu illərə aiddir və I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629) hazırlanmışdır.

Üzərində “Ya Fəttah” – Allahın 99 isimlərindən biri, yəni “Rəhmət və rizq (ruzi) qapılarını açan, çətinlikləri asanlaşdıran, məzlumlara (zülmə uğrayanlara) kömək edən” anlamını verən yazı, ər-Rəhman surəsinin, 26-27-ci, əl-Həşr surəsinin 24-cü ayələri əks olunub.

Eyni zamanda ələm üzərində, hər tərəfi xaricə baxan əjdaha başı simvolikası diqqət çəkir.
Arxeoloji tədqiqatların nəticələri göstərir ki, V–VI əsrlərdə Avropanı fəth etmiş türk xaqanlarının əsas totemlərindən biri əjdaha olmuşdur.

Write A Comment