“Tamerlan Bəyazidin ordusunu darmadağın edərək [Ankara döyüşü-1402-red.], onu əsir etdi və minlərlə insanı məhbus edərək Qaramandan çıxartdı.

Lakin o zavallıların bəxti onda idi ki, Ərdəbil şəhərinə gələndə [Teymur] müqəddəslik şöhrəti ilə yaşayan Heydər [yanlışlıqdı, əslində o dövrdə Xacə Əli idi-red.] adlı bir Şeyxə rast gəldi və onunla tanış oldu.

Ona təkcə bütün əsirlərin həyatını deyil, həm də onların üzərində hökmranlığını bəxş etdi. Xeyirxah [Xacə Əli] bunu əldə etdikdən sonra onlara əlindən gələni etdi və evlərinə qayıtmaq üçün onlara azadlıq verdi.

Bu əməlin əvəzinə görə həmin insanlar, ona və onun irqinə sonsuz məhəbbət bəsləməyə başladılar.

1250-ci ildən etibarən persiyalılar Tatar boyunduruğu və Uzun Həsən ailəsindəki bölünmələr səbəbindən vətəndaş müharibələri içində idilər.

Şeyx Heydərin oğlu İsmayıl Səfi cəsarətlənərək, qaramanlıların köməyi ilə, İmperiyanı ələ keçirməyə başladı. Əvvəlcə Təbrizi ələ keçirdi, sonra Persia kralı Əlvəndi darmadağın edərək, onu öz əli ilə həmin şəhərin yaxınlığında öldürdü.

Bu, təxminən 1499-cu [daha dəqiq 1501] ildə baş verdi və o vaxtdan etibarən Persiya İsmayılın irqinə tabe olduğu üçün Səfi Krallığı adlanırdı.”

John Francis Gemelli Careri, “A Collection Of Voyages And Travels” – Vol.4, səh.163

P.S. Maraqlıdır, ilk dəfədir rastlaşıram ki, Dövlət-i Bayanduriyyəyə avropalılar Persiya krallığı nisbəti versin. Bu düşündürücü bir nəsnədir. Üstəlik diqqət edin, yazır ki Persiya İsmayıla tabe oldu və dövlət Səfi, yəni Səfəvi dövləti adlanmağa başladı. Yazmır ki, Persiya taxtına oturdu və Persiya dövləti idi.

Bir daha əmin oluruq ki, Persiya sözü ümumi anlayış idi, və reallıqda yerdəki dövlətlərə heç bir aidiyyatı yox idi. Necə ki qızılbaşlar Osmanlıya “Rum dövləti” təbilindən istifadə edirdilər, elə də avropalılar Azərbaycan dövlətlərinə – Persiya.

Write A Comment