Beləliklə, aydın olur ki, hay dilini zahirən hind-Avropa dillərinə guya bənzədən sözlərin böyük bir hissəsi qrabardan götürülmüşdür. XIX–XX əsrin əvvəllərinda hay millətçiləri hay dilini türk, müasir fars və ərəb mənşəli sözlərdən təmizləmiş, onları əsasən ölü qrabar dilindəki sözlərlə əvəz etmişdilər.

Məhz bu kompaniya nəticəsində hay dilinin lüğət tərkibinə qədim İran mənşəli müəyyən sözlər daxil olmuş, Qərb və Rusiya dilçiləri isə hay dilini hind-Avropa dil ailəsinə qoşmaq üçün bəhanə əldə etmişdilər. Halbuki dillərin genetik qohumluğu barədə rəy verərkən onların lüğət tərkibini deyil, quruluşlarını əsas götürmək lazımdır.

Yeri gəlmişkən, maraqlı bir məsələni də qeyd edək… Lüğət tərkibindəki əsas sözlərin müqayisəsi zamanı adlı-sanlı linqvistlər hay dilindəki “hayr” (ata) sözünü hind-Avropa dillərindəki “pedər” və “father” sözləri ilə eyniləşdirirlər. Halbuki bu sözlərin birinci və ikinci samitləri eyni və ya bənzər deyil.

Amma türk dilindəki “qardaş” sözü ilə hind-Avropa dillərindəki “bəradər”, “brother” və “brat” sözlərini müqayisə belə etmirlər. Hərçənd, diqqət yetirsək görərik ki, onların da, əslində, yalnız ilk samitləri bir-birindən fərqlənir: ardaş–əradər–rother–rat.

Haşiyə. Tanınmış qazax tədqiqatçısı, yazıçı Oljas Süleymenovun ehtimalına görə, “bəradər” (brother, brat) sözü hind-Avropa dillərinə qədim türk dilindən keçmişdir. O türk dilində “bir ata” mənasını ifadə edirmiş. Tarixin hansısa mərhələsində türklərdə matriarxal quruluş bərqərar olmuş, nəticədə “birata” sözünü “qardaş” (qarındaş, bir qarından olanlar) sözü əvəz etmişdir.

O.Süleymenovun bu fikri təəccüblü və qəribə görünməməlidir. Nəzərə almaq lazımdır ki, qədim german dilində “atta” (ata) sözü mövcud idi. “Bir” sözü isə bugün də ingilis və rus dillərindəki “first” (birinci) və “pervıy” (birinci) formalarında işlənir.

Şəxs əvəzlikləri: hay – türk – hind-İran – slavyan – german – fin-uqor – moğol

yes – mən, epe – mən, min, az, zə – ya – i, ik, eg, yeg – mina, mon, mın, me, am, en – bi

du – sən, en, ese – tün, tu, to, tı – тı – you, do, sie – sina, ton, tın, te – şi

na – o, ol, kini, vəl – u, ən, ohu – on, toy – he, she, it, han – han, son, so, tav, ö – ter

menk – biz, bihiqi, epir – mə, munz, ame – mı, niye – we, wir, weis – me, min, mən – bid

duk – siz, ehiqi, esir – şomə, tusi, tum – vı – you, jus, do, sie – te, ti, tın – ta

nrank – onlar, kiniler, vesem – ənhə, uni, tara – oni, tıya – they, jis, ze – he, hö, ne, nuno – ted

Şərh. Hay şəxs əvəzliklərindən “yes” (mən) və “du” (sən) hind-Avropa şəxs əvəzliklərinə (əz, az, to) bənzəyir. Lakin eyni oxşarlıq hay dilindəki “du” (sən) və menk (biz) şəxs əvəvzlikləri ilə fin-uqor dillərindəki “te” (sən) və “mən” (biz) şəxs əvəzlikləri, türk dillərindəki “biz” şəxs əvəzliyi ilə german dillərindəki “weis” (biz) şəxs əvəzliyi, türk dillərindəki “mən” şəxs əvəzliyi ilə hind-İran dillərindəki “u” (o) şəxs əvəzliyi arasında mövcuddur.

Maraqlıdır ki, hind-İran və fin-uqor dillərindəki şəxs əvəzlikləri tamamilə eynidir: Mən (min – min), sən (tün–tun), o (u–ö, ən–han) biz (mə-me), siz (tum–tın), onlar (uni–nuno)

Haşiyə. Hay dilindəki şəxs əvəzliklərinin cəm halları tam olaraq iltisaqi dilin qaydalarına uyğun şəkildə – kök sözlərə (men, du, na) cəm şəkilçisinin (-k) əlavə edilməsi yolu ilə əmələ gəlmişlər.

Sual əvəzlikləri: hay – türk – fars – rus – ingilis – fin-uqor – monqol

ov – kim, kem – ki, kaun – kto, kem – who, hvem – kuka, ken, kin – xen

inç – nə, çüü – kim, çe, çi – что, чем – what, hvat – mika, mi, ma – yun

vorteğ – harada, hanı, kayda – koca, kaha – qde – where, hvar – kosa, köni – xaana

yerb – haçan, kayçan – key, kadha – когда – when, hvenər, nar – kun, kınam, koska – xezee

inçpes – necə – çetor – как, kase – how, hvor, hur – kut, kuinka, miten – xer

Şərh. Göründüyü kimi, hay dilindəki sual əvəzliklərinin hind-Avropa dillərindəki sual əvəzlikləri ilə heç bir yaxınlığı yoxdur. Amma hind-Avropa və Ural-Altay dillərindəki sual əvəzliklərinin əksəriyyəti bir-birinə bənzəyir. Hind-İran dillərindəki sual əvəzliklərinin fin-uqor dilindəki sual əvəzliklərinə oxşarlığı isə diqqəti dərhal cəlb edir.

Nəticə. Hay dili nəinki quruluşuna, həm də leksik tərkibinə görə, əslində, hind-Avropa dil ailəsinə daxil deyildir.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

1-ci hissəyə keçid linki: https://millikimlik.az/2022/5906/

2-ci hissəyə keçid linki: https://millikimlik.az/2022/5963/

3-ci hissəyə keçid linki: https://millikimlik.az/2022/5984/

Comments are closed.