Səfəvilərdə ay-ulduzlu bayrağın həqiqətən olub-olmaması və bu məlumatın hardan götürüldüyü haqqında suala cavab.

🚩 Onu demək lazımdır ki, Şah İsmayıl qızılbaş müridləri ilə özünün ilk möhtəşəm tarixi yürüşünə çıxarkən Qızılbaş qoşununun bayrağı üzərində Ələm əks olunan al qırmızı parça var idi. Bunu miniatürlərdə görmək mümkündür.

Eyni zamanda, Səfəvi dövləti qurularkən, bayraq üzərində aypara və səkkiz guşəli böyük ulduz olan parlaq yaşıl rəngli parçadan da ibarət olub. Bu bayraq Şah I Təhmasibin hakimiyyət illərinə qədər dövlət bayrağı kimi qalıb.

“Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı tarixi mənbədə I Şah İsmayılın 1508-ci ildə Bağdad şəhərinə daxil olması bu cür qeyd olunub:

💬 “Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı”.

Eləcə də, bu bayrağın təsvirlərini II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan Çəhəl Sütun Sarayının divar rəsmlərində də tapmaq olar.

Milli Kimlik Araşdırmaları qrupunun üzvü Ceyhun Bayramlının “Qızılbaşlıq və Ay-Ulduz təsviri” məqaləsindən

Write A Comment