Tarixi mənbələrdə Ağqoyunlu dövlətinin bayandur tayfasının damğası ilə müxtəlif rəngli bayraqlarının olduğu qeyd olunur.

İstanbulda, Topqapı Sarayı Muzeyində Ağqoyunlu hökmdarı Uzun Həsənə məxsus bayraq saxlanılır. Ağ parçadan hazırlanmış bayraq uzunsov üçbucaqlı formadadır.
Üzərində «Sultan Həsən Bahadur» sözləri yazılmış, Uzun Həsənin tuğrası təsvir olunmuş, kənarlarında isə Quran ayələri («Bəqərə» surəsinin 255-ci, «Ali İmran» surasinin 181-ci, «Fath» surəsinin ilk iki ayəsi) verilmişdir.

Könül İmamverdiyeva, “Azərbaycan bayrağı”.

Write A Comment