Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə Səfiri, Elşad İskəndərovun öz Facebook səhifəsində paylaşdığı Zaqafqaziyanın etnik xəritəsi ilə bağlı maraqlı araşdırmasını dərc edirik.

Son vaxtlar Ermənistanda sərhədlərin demarkasiyası məsələləri ilə bağlı ötən əsrin 20-ci illərinin bəzi xəritələri ilə bağlı qeyri-müəyyən eyhamlar səslənməyə başlayıb.
Keçək onlardan birinə, o zamanlar Sovet Zaqafqaziyasının etno-siyasi sərhədləri problemlərindən çox uzaq olan, İtaliyada nəşr olunan xəritəyə. Yəni – mümkün qədər neytral bir sənədə.

1929-cu il, İtaliya kartoqrafiya cəmiyyətinin Atlası. Avropanın Etnoqrafiyası bölməsi.
Cənubi Qafqaz və Qərbi Asiya əhalisinin coğrafiyası və etnik tərkibinə dair bir neçə arxiv fakt:

– Azərbaycanlıların bütün Zəngəzur ərazisində, eləcə də Göyçə gölü ətrafında sıx və fasiləsiz məskunlaşmasına diqqət yetirin.
– Yeri gəlmişkən, göl xəritədə Göyçə kimi qeyd olunub.
– Bundan əlavə, Arazın şimalındakı ermənilərin yayılma əraziləri kağıza düşmüş mürəkkəb ləkəsinin sıçramasına bənzəyir.
Avtoxton əhali belə yaşamır. Kompakt hissələrlə “zolaqlar boyu” prinsipi ilə məskunlaşma ötən əsrin köçürmə siyasətinin nəticəsidir.

Azərbaycan əhalisinin tarixi yaşayış arealından fərqli olaraq – həm Şimali, həm də Cənubi Azərbaycan ərazisində bütöv bir massiv, Azərbaycan etnosunun formalaşmasında mühüm rol oynamış Anadolu, Şimali Suriya və İraqın türkmən tayfalarının yaşayış arealınadək.

Müəllif : Elşad İskəndərov.

Milli Kimlik: FB-dan öyrəndiyimizə görə, bu gün E.İskəndərovun doğum günüdür. Milli Kimlik araşdırma portalı adından diplomatımızı 50 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq.
Fürsətdən istifadə edərək, portalımızın layihələrində daim maraqla istifadə etdiyimiz maraqlı ideyalara və orijinal araşdırmalara görə sizə də təşəkkür edirik.

Write A Comment