Əfsanəvi İrəvan qalasını görmək istəyirsinizsə, ABŞ hərbi idarəsinin arxivindəki nadir görüntüləri nəzərdən keçirməyi məsləhət görürük.

Bu görüntülər ABŞ hərbi missiyasının 1919-cu ildə Türkiyə və Ermənistanda olduğu müddətdə çəkilib.
Videoda 4 iyul 1679-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra Çuxursəd bəylərbəyi Zal Xan (1675 – 80) tərəfindən inşa edilmiş İrəvanın qala divarlarını görə bilərsiniz.
Qala divarlarını sonuncu dəfə rus fəthləri ərəfəsində Hüseynqulu xan (1808 – 28) tərəfindən yenidən qurulmuşdur.

Kadrlarda göründüyü kimi, qala divarlarınin ölçüləri əzəmətli görünüşə malikdir və şəhər ərazisi boyunca uzanır.
Aşağı hissədə isə yaşıllıqlar salınıb. Bu gün Ermənistan hakimiyyətinin səyi sayəsində azərbaycanlıları və Azərbaycan hökmdarlarını xatırlatmamaq üçün qala divarları tamamilə dağıdılmışdır.
Axar.az

Write A Comment