Şahsevənlərin xüsusi elita kimi formalaşmasının əsasını I Şah Abbasın qoyduğu qəbul edilir.
Tarixçilər qeyd edirlər ki, I Abbasa sədaqət andı içərək, onun xidmətinə girməyə qərar verən hər bir qızılbaş döyüşçüsü, hətta bütöv bir tayfa, özünü şahsevən elan edə bilərdi.
Hökmdarın məqsədi o dövrdə cilovlamaqı çətin olan, bəzən müstəqil siyasət yeridən, aralarında tez-tez çəkişmələr və qanlı savaşlar olan qızılbaş başçılarının təsirini zəiflətmək idi ki, bu da dövlətin zəifləməsinə səbəb olurdu.

N.V.Xanıkov, “Записки по этнографии Персии” adlı əsərində yazır:

“Demək olar ki, həmişə belə hesab olunurdu ki, onlar [Şahsevən tayfası] xüsusi bir milləti təmsil edirlər, baxmayaraq ki, Azərbaycanın bütün köçəri türk tayfalarının qəbilələrindən ibarət olan bu tayfanın ilk Səfəvi hökmdarı Şah İsmayılın dövründən erkən yaranmaması dəqiq məlumdur.

İstinad: turantoday.com

Write A Comment