“Çoxları deyir ki, Azərbaycan dili 20-ci əsrdə yaranıb. Amma elə deyil.

Gerasim Ezov (Eziyan) adlı bir erməni müəllifi var idi. O, “Böyük Pyotrun erməni xalqı ilə ünsiyyəti” kitabını yazıb.
Bu kitabda o, İran (Səfəvi red.) şahının Böyük Pyotra məktubundan sitat gətirir.
Bu məktub məni maraqlandırdı, çünki mən ermənilərin adını axtarırdım. Amma o orada yox idi. Məktub İranda (Qızılbaş dövlətində red.) yaşayan xristianlar haqqında yazılıb.

Deməli, cənab Ezov bu məktubu şərh edərkən, hələ 1898-ci ildə yazır ki, nədənsə bu əlyazma fars dilində deyil, əski Azərbaycan dilində (DİQQƏT!: 1898-ci ildə əski Azərbaycan dilində) yazılıb.

Belə çıxır ki, 20-ci əsrə qədər nəinki azərbaycan, hətta qədim azərbaycan dili də olub. Ən maraqlısı odur ki, Ezov kimi həm erməni, həm də ermənipərəst tarixçilərin bundan xəbəri var idi. Ermənilər bundan əl çəkməlidirlər.
Azərbaycan dili var idi, yoxsa yox idi? Əlbəttə var idi!”, – deyə Ekozyants bildirib.

P.S. Əlavə olaraq fikir verin, Şah Hüseyn Persiya şahı yox Səfəvi hökmdarı kimi qeyd olunub mənbədə.


Kitaba keçid linki: https://www.prlib.ru/item/446276

Write A Comment