Rusiyada Xantı-Mansi Muxtar Dairəsi Dövlət İncəsənət Muzeyində “Qiyamət günü” ikonası adlı əsər saxlanılır. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərinə aid edilir.

İkonanın mərkəzində iki dəfə İsa Məsih təsvir olunur, onun yanında Məryəm və Yəhya dayanıb, ayaqları altına Adəm və Həvva əyiliblər, qıraqlarda isə əllərində açıq kitablarla həvarilər göstərilir. Cəhənnəm heyvanının alovlu ağzından qalxan ilan Adəmin ayaqlarına doğru uzanır.
Tablonun sağ yarısında həvarilərdən aşağıda Musanın arxasınca Qiyamətə gedən dirilmiş xalqlar göstərilir: cuhudlar, litvalılar, qızılbaşlar və ruslar.

İstinad: qizilbashunity

Write A Comment