İftiralara cavablar silsiləsindən..

“Səfəvilər heç vaxt xristianlarla müharibə etməyiblər” iddiasına cavab olaraq, Səfəvilər və onların varisi Qacarların xristian işğalçılara qarşı geniş miqyaslı müharibələrinin bir neçəsini qeyd edirik:

Səfəvilərlə Portuqaliya arasında müharibə 1507-1622-ci illərdə baş verib və Səfəvilərin qələbəsi ilə yekunlaşıb.
Səfəvilərlə Rusiya arasında ilk müharibə 1651-1653-cü illərdə, ikinci müharibə 1721-1736-cı illərdə baş verib və hər ikisi Səfəvilərin qələbəsi ilə başa çatıb.
Qacarlarla Böyük Britaniya arasında müharibə 1856-1857-ci illərdə olmuş və Böyük Britaniyanın bir o qədər də parlaq olmayan qələbəsi ilə bitmişdi.

Həmin müharibədə iştirak etmiş Təbriz alayının rəşadətini və köçəri türk tayfalarından təşkil olunmuş süvari hissələrinin ildırım sürətli hücumlarını hətta onların rəqibləri olan ingilislər belə qeyd etmişdilər.
1796-1797-ci illər müharibəsində Səfəvi varisi Qacarlar Rusiyaya qalib gəliblər. 1803-1813-cü və 1826-1828-ci illərin müharibələrini isə Qacarlar Rusiyaya uduzublar.

Araz Şəhirili
İstinad: FB/Şah İsmayıl Səfəvi

Write A Comment