O zamanlar fars dilinin doğma dilimizdən daha əhəmiyyətli tutulduğunu iddia edənlər – indi buna nə deyəcəksiniz görəsən?

“Qısacası, xüsusilə Azərbaycan türkcəsi Səfəvi İranında geniş şəkildə danışılıb yazılarkən, türk dilləri və dialektləri Səfəvi İranında qəbul edilmiş görüşdən çox daha əhəmiyyətli rol oynamışdır. O, yalnız sarayın və ordunun dili deyildi, o hətta adətən farsca yazan məşhur şairlər tərəfindən də poeziyada istifadə olunurdu.
Çoxu türkcə [Azərbaycan dilində] şeir yazan Səfəvi şahlarının özləri onun ədəbi istifadəsini təbliğ edirdilər. Həmçinin türkcə sarayın həm daxili, həm də xarici işləri üçün rəsmi yazışmada istifadə olunurdu”.

Qaynaq :
Willem Floor, Hasan Javadi, “The Role of Azerbaijani Turkish in Safavid Iran”, səh.13.
İstinad: inst./ irsqizilbas

Write A Comment