“Əski İran əyaləti Farsda məskunlaşan döyüşkən, çalışqan qaşqay tayfaları əvvəl qeyd edildiyi kimi də öncədən şahsevən idi və sonradan güneyə köç etmələrinə baxmayaraq, oradakı Xəmsə ərəb qəbilələri və ya yerli Maməsoni, Kuh-giluyə və başqaları ilə qarışmayıblar; fars və ərəb dillərinin elementlərini çox az dərəcədə mənimsəyən doğma azərbaycan dilini, ədəblərini, adətlərini qoruyub saxladılar şiəliyə mənsubiyyətini qorudular (sünni ərəblərə yaxın yaşadıqlarına baxmayaraq).

«Qaşqay» adınin özü bu qəbilənin əvvəldən inkişaf etdiyi coğrafi mühitin adını əks etdirir. Məhz Savalanın qərbinə uzanan Qaşqadağ silsiləsi, Muğan və şahsevən elinin qalan hissəsi ilə birlikdə qaşqayların (şahsevənlərin) güneyə ilk köç bölgəsi idi. Gördüyünüz kimi, Ərdəbil və Təbriz şəhərləri arasında, Qaşqadağ silsiləsi boyunca ərazini gəzmək üçün torpaq alan şahsevənlərin o hissəsi, eyni adla «qaşqai», yəni «qaşqaylar» və ya «qaşqaylılar» adını alıb Fars bölgəsində qaldılar. Oraya 17-ci yüzilin əvvəllərində Şah Abbas tərəfindən köçürülmüşdülər».

Qaynaq: Балаян, «К вопросу об общности этногенеза шахсевен и кашкайцев», səh. 361
İstinad: irs_azerbaijan

Write A Comment