Türkiyəli araşdırmaçı Ə.R.Özdəmir, Səfəvilərin kürd olmasının Ağqoyunlular və Osmanlıların bir uydurması olduğunu yazır:

“Soy ağaclarında Səfəvilərin dəqiq olan və şübhə edilməyən ən uzaq əcdadı Firuzşah Qızılbaşdır. Səfəvi ailəsinə məxsus olan Səfvət-əs-Səfa əsəri, Şeyx Sədrəddin Səfəvinin istəyi ilə özünün və atası Şeyx Səfiəddin Səfəvinin təlimləri, dünya görüşləri və soy kökləri haqqında İbn Bəzzaz tərəfindən yazılmış əsərdir. Səfəviləri kürd kökənə bağlayan yeganə qaynaq bu əsərdir.
Kitabda Firuzşah “Firuzşah əl-kürdi əl-Sincari” olaraq yazılmışdır. Bu gün təəssüf ki, bu əsərin müəllif nüsxəsi əlimizdə deyil. Burada 3 mühüm yer var.

Birincisi,
Firuzşahin Sincarlı bir kürd olaraq göstərildiyi Səfvət-əs-Səfa nüsxəsinin çoxaldılma tarixi… Yəni 1491-ci il… 1488-ci ildə Şeyx Heydər, girdiyi döyüşdə vəfat etdi. Ağqoyunlu Yaqub Padşah, dərhal Şeyxin 3 oğlunu (Əli, İsmayıl və İbrahim) əsir aldı. Anaları Aləmşah Xanım ilə birlikdə Şirazdakı İstəxr qalasında həbs olundular. Yəni Ərdəbil Səfəvi təkyəsinin başında ailədən heç kim qalmır. Elə həmin vaxtda çoxaldılan Səfvət-əs-Səfa nüsxəsində Səfəvilərin kökəni Sincarlı bir kürdə dayadılır..

İkinci mühüm yer,
Niyə Sincarlı Kürd? Çünki o dövrdə Sincarda (İraqın şimalında Suriya sərhədinə yaxında yerləşən şəhərdir) Yezidi Kürdlər yaşayır, ona görə. Səfəvilərin müridləri Qızılbaşlar isə Türk tayfalarından idi. Qızılbaş Türkmənlər, Yezidi bir Kürd ailəsinin güclənməsinə yardım edərdimi? Heç vaxt!…

Üçüncü mühüm yer,
Dağılma təhlükəsi yaşayan, şeyx namizədlərinin can dərdinə düşdüyü, müridlərinin isə hər yerdə gizləndiyi Səfəviyyə ocağının ən mühüm kitabını kim niyə çoxaltsın? Elə burada siyasəti axtarmaq lazımdır… Səfəviyyə ocağı Şeyx Heydər dönəmində ən güclü dönəmini yaşayırdı. Səfəviyyə ocağının dövlətləşməyi kimləri təhdid edər?
Müridlərinin ən çox yayıldığı Ağqoyunlu və Osmanlı dövlətlərini… Prof. Dr. Yusuf Küçükdağ, etdiyi araşdırmalarında Səfvət-əs-Səfa əsərində edilmiş bu təhrifin, Ağqoyunlular ilə Osmanlıların ortaq bir hərəkəti olduğu nəticəsinə gəlir.
Onun dediklərinə görə, Ağqoyunlu sultanı Yaqub həyatda ikən kitabın çoxaldılmasına başlanılır. Təhriflər edilir. “Sincarlı Kürd” uydurması əlavə olunur. Sonra Osmanlı sultanı II. Bayəzidə hədiyyə olaraq göndərilir. Bu nüsxə, indi İstanbulda, Ayasofyada yerləşir. Amma həmin əsərin bir çox yerində Şeyx Səfiəddinə Türk deyə müraciət olunur.

Bir-biriləri ilə əlaqəsi olmayan bir çox şəxs, bir çox məkanda Şeyx Səfiəddinə “Ey Türk Piri” deyə müraciət olunur. Şeyx Səfi, Türkcə danışır, sonradan farsca və ərəbcə, hətta moğolca öyrənmiş, lakin kürd bir ailədən gəldiyi iddia edilən bu Şeyx, kürdcə bildiyi heç bir yerdə yazılmamışdır!…”

Qaynaq: Ali Rıza Özdemir, “Türk Hakanı: Şah İsmail” / Ramil Əkbərov

Write A Comment