Əli Şamilin Aymən Şəbən adlı Colandan (Suriya) olan bir Azərbaycan türkmanı ilə müsahibəsi:

“Aymən Şəbən: …Colan təpəsi türkmanlarındanam. Evlərdə türkmanca konuşuruq. Adətlərimiz türkman adətləridir. Ərəblərin içində çox yaşasaq da, xudaya şükür, varlığımızı itirmədik. Dinimizi də itirmədik, dilimizi də itirmədik, adətlərimizi də itirmədik. Ailədə valideynə böyük hörmət var, hər işimizi onlarla məsləhətləşirik. Böyük-ağsaqqal gəlməmiş süfrəyə əl uzatmarıq. Çocuqlarımızı türkmanca öyrədərik. Çocuqlarımız mədrəsəyə gedəndə heç bir ərəb sözü bilmir. Bizim türkmancamız İbrahim bəyin dediyi kimi, Azərbaycan türkcəsidir.

Beş il öncə Bakıya getdim. Orada müsafir oldum. Bakını çox bəyəndim. Azərbaycanlı qardaşlarımın evində oldum. Azərbaycanda işlədilən çox sözləri, çox lafları biz qullanırıq. O sözləri Türkiyədə, Türkmənistanda demirlər”.

Mənbə: Əli Şamil, “Colan Türklərinin Taleyi”, səh.9.

Ramil Əkbərov

Write A Comment