Məşhur fransalı tarixçi və səyyah Jak Elize Reklyu öz kitabında azərbaycanlıları bu cür təsvir edir.

“Tatarlar [azərbaycanlılar red.], Kür hövzəsində gürcülər qədər çox olmadıqlarına baxmayaraq, Tiflisin özündən başlayaraq, demək olar ki, bütün hövzənin qalan hissəsini təşkil edirlər. Bəzi əyalətlərdə, digər xalqlarla qarışmadan, sıx yaşayırlar; bu Tatarlar, irqlərinin adını itirmiş, lakin müqayisə olunmaz dərəcədə Türkiyənin Osmanlıları qədər qarışığı olmayan Türklərdir; Bizanslılar və ərəblər onları Don və Volqa sahillərində yaşayan tayfalarla birlikdə Xəzərlər ümumi adı altında birləşdirirdilər.

Demək olar ki, hamısının üzləri ciddi və sərtdir. Xalq olaraq qəbul edilən Zaqafqaziya tatarlarının Qafqazın digər sakinlərində olmayan mənəvi keyfiyyətləri var; nadir səmimiyyət, dürüstlük və inanılmaz dərəcədə səmimi və zərif qonaqpərvərlik tapa bilərsiniz. Təhsilə görə, bir çox qəzalarda ruslardan daha üstündürlər, əksəriyyəti savadlıdır; çoxları türkcə – “padişahların dilində” yaxşı yazırlar; öz dillərinə və yerli ləhcələrinə əlavə olaraq daha iki ədəbi dil olan – ərəb və fars dillərini bilən tatarlar tez -tez rast gəlmək olar”.

Mənbə: Jak Elize Reklyu, “Yer və insanlar” əsəri / turcomanica.blogspot

Write A Comment