Qaraqoyunlu dövlətinin qurucusu – Qara Yusifin canişini, oğlu Cahan şah (1436-1467) idi, hansıki Qaraqoyunlu hökmdarları arasında ilk dəfə sultan rütbəsi aldı. Tarixçilərə görə, o Qaraqoyunlu dövlətinin ən güclü və nüfuzlu hökmdarı sayılırdı, həmçinin yüksək təhsilli bir xeyriyyəçi idi.

Ümumiyyətlə, Cahan şah dövründə Qaraqoyunlu dövləti çiçəkləndi, nəzarəti altındakı geniş ərazilər onu böyük bir imperatorluğa çevirdi. Qaraqoyunlu, o dövrdə inkişaf etmiş siyasi, inzibati, hərbi, iqtisadi və mədəni sistemə sahib olan mühüm İslam dövlətlərindən birinə çevrilmişdi.

Cahan şah, eyni zamanda, Azərbaycan türkcəsində “Həqiqi” təxəllüsü ilə yazan şair kimi də tanınırdı. Onun divanının iki əlyazması mövcuddur.
Minorski yazır ki, ümumiyyətlə, Cahan şahın şeirlərinin dili “Azərbaycan türkcəsi” kimi tanınan cənubi türkman ləhcələri qrupuna aiddir.

Rübailərindən bir nümunə:

Dilbərin lə’lini xəndan istərəm.
Ləblərindən abi-heyvan istərəm,
Çün iki aləmdə bir can istərəm,
Canımı yolunda qurban istərəm.

Cahan şah Həqiqinin şeirlər toplusu kitabını bu linkdən yükləyə bilərsiniz.

Write A Comment