Həsən-bəy Ağalarov – Azərbaycan əsilli, general-leytenant rütbəsində Rusiya İmperiyası zabiti idi. O, birbaşa döyüş əməliyyatları zamanı Müqəddəs Georgi ordeni ilə təltif olunan ilk azərbaycanlı oldu.

Həsən-bəy Ağalarov 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Ümumi təhsilini Tiflis gimnaziyasında alıb. 1834-cü ildə Zaqafqaziya Müsəlman Süvari Alayında xidmətə başlamışdı.
1840-cı ildə ştabs-kapitan Həsən-bəy Ağalarov, xidmətdə fərqləndiyinə görə III-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edildi. 1849-cu ildə Zaqafqaziya Müsəlman Süvari Alayı, Debrecen uğrunda döyüşlərdə Macar üsyanını yatırarkən Macar üsyançılarını məğlub etdi və dörd düşmən topuna sahib çıxdı. Bu döyüş görə alay Müqəddəs Georgi bayrağı ilə mükafatlandırıldı. Döyüşdə göstərilən cəsarətə görə alay komandirinin köməkçisi, Polkovnik Həsən-bek Ağalarov 28 Avqust 1849-cu ildə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi.
Sahədəki Ordunun baş komandanı, feldmarşal Paskeviçin mükafat təqdimatından:

21 iyul 1849-cu ildə Debreçin şəhərində üsyançı Macarlarla döyüşdə, sol cinahdakı Zaqafqaziya Müsəlman Süvari Alayından üç yüz nəfərlə birlikdə, xüsusi fədakarlıqla düşmən piyadalarına qarşı edilən hücum zamanı onları tamamilə məhv etdi, daha sonra düşməni təqib edərək 300 əsir aldı.
Polkovnik Həsən-bəy Ağalarov, 1852-ci ildə Zaqafqaziya Müsəlman Süvari Alayının komandiri təyin edildi.
17 Aprel 1857-ci ildə Qafqaz Əlahiddə Korpusu tərkibində, general-mayor rütbəsinə yüksəldi. 8 noyabr 1877-ci il tarixində Qafqaz ordusu tərkibində “Düşmənə qarşı fəaliyyətə görə” fərqləndiyinə görə Həsən-bek Ağalarov general-leytenant rütbəsi aldı.

Ağalarov Tiflisin bir çox görkəmli nümayəndələri ilə dostluq münasibətlərində idi. Bunların arasında general İsrafil-bek Yadigarov, General İsmayıl-bəy Qutqaşenli, dramaturq Mirzə Fətəli Axundov və generalın sürgündə kömək etdiyi şair Qasım-bəy Zakir də var idi.
Şair özü, əsərlərinin birində Ağalarovu xeyirxah bir insan və cəsur bir döyüşçü kimi xatırlayır.

Həsən-bəy Ağalarov Bikə-ağa Əhməd-xan qızı Cavanşirlə evli idi. Davud ağa adlı bir oğlu və bir qızı Mariya-xanım var idi. Onun nəsilindən olan məşhur sovet boksçusu, SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi Abbas Ağalarov və qardaşı, opera vokalçısı, SSRİ xalq artisti İdris Ağalarovu göstərmək olar.

Mükafatlar:
Digər mükafatlar sırasında Ağalarovun təltif olunduğu ordenlər:

Rusiya İmperiyası:

3-cü dərəcəli Müqəddəs Stanislav ordeni (1840)
4-cü dərəcə Müqəddəs Georqi ordeni(1849)
3-cü dərəcə Müqəddəs Vladimir ordeni (1860)
Müsəlmanlar üçün 1-ci dərəcəli Müqəddəs Stanislav ordeni (1863)
Müsəlmanlar üçün 1-ci dərəcəli Müqəddəs Anna ordeni (1871)
Qılıncı ilə birlikdə, 2-ci dərəcəli Müqəddəs Vladimir ordeni (1878)

Xarici:

Avstriyanın 2-ci dərəcəli Dəmir Tac ordeni (1850)
Avstriyanın 2-ci dərəcəli Leopold ordeni (1853)
Prussiyanın 3-cü dərəcəli Qırmızı Qartal ordeni (1853)

Write A Comment