Bu, amerikalı kartoqraf T. Bredford tərəfindən hazırlanan “1835-ci il Qafqaz ölkələri və Türkiyə” xəritəsidir və müasir Türkiyə, Gürcüstan, Azərbaycan və Ermənistanı əks etdirir. O, şəhərləri, çayları, dağları və digər vacib topoqrafik detalları da qeyd etmişdi.

Beləliklə, xəritədə maraqlı bir detalı görə bilərik. Ermənistan Qafqaza gədər uzanmır, bu ərazi Qafqazın cənub-qərbində yerləşir. Bu ona dəlalət edir ki, Ermənistan adlanan yerin Qafqaza aidiyyatı yoxdur. Qərbi Azərbaycanın (1918-ci ildən bəri Ermənistan Resp.) Ermənistana mənsub olmamasının yazılı dəlillərindən biri, bu dövrə aid bir əsərdən sitatdır.

Beləliklə, tarix nəsrinin məşhur ustadı Valentin Pikul “Favorit” romanında rus avtokratiyasının bu istəklərini belə canlandırır.
“Potyomkin ona (II Yekaterina) Suvorovu çağırdığını söylədi:

  • Kronşdatın baş keşişinə onu arvadı ilə barışmasını əmr edəcəm. Və sonra bir görüş olacaq. Mən və Suvorov! Ermənilər də var – Lazarev Arqutinski ilə birlikdə. Onların işləri barəsində müzakirələr edəcəyik. Çevik insanlar olan ermənilər artıq özləri üçün paytaxt da seçdilər – Erivan.
  • Ölkə olmasa, paytaxtın nə faydası var?
    “İndi yoxdur, bizdən sonra olacaq” deyə Potyomkin cavab verdi.

    (Vallentin Pikul. Фаворит. Роман-хроника времен ЕкатериныII в двух томах. «Роман-газета». 1988, №13, с. 66.)

    Beləliklə, biz görürük ki, Ermənistan adlı lahiyə, planlı şəkildə hazırlanırdı və bu planın gerçəkləşməsi üçün ciddi addımlar atılaraq digər ölkələrdən Azərbaycan torpaqlarına erməni köçləri təşkil olunurdu. Bu yolla da gələcək Erməni dövlətinin yaranmasına zəmin yaradılırdı.

Write A Comment