"Hər Məhərrəm məscidə çay və qənd göndər" – Keşləli erməniyə verilən məsləhət

Məhərrəm təkcə müsəlmanların deyildi

Fin əsilli İvar Lassi 1889-cu ildə Bakıda doğulub. Azərbaycandakı Məhərrəm ayı adətlərini sistematik şəkildə analiz edərək elmi iş şəklində yayımlamış ilk şəxsdir.

O yazırdı:

💬 “Məhərrəm mərasimləri zamanı qeyri-müsəlmanların verdiyi nəzirlər də Allah tərəfindən qəbul olunmuş sayılırdı və bunun müqabilində onlara bərəkət və xeyir-dua veriləcəyinə inanılırdı.

Bir neçə il əvvəl Keşlə kəndində yaşayan bir erməni tatar (azərbaycanlı-red.) dostlarına şikayət etmişdi ki, həyat yoldaşı on iki il ərzində ona çoxlu uşaq dünyaya gətirsə də, onların hamısı bir neçə aylığında vəfat edib.

Dostları ona kəndin baş mollasına müraciət etməyi məsləhət görmüşdülər.

Molla erməniyə tövsiyə etmişdi ki, hər Məhərrəm ayında əsas məscidə bir funt çay və bir baş qənd göndərsin və nəticəni gözləsin.

1913-cü ildə bu əhvalatı mənə danışanda, həmin erməni artıq on iki il idi ki, bu tövsiyəyə əməl edirdi və o vaxt onun on iki yaşlı bir oğlu var idi.”

Bu hissə İvar Lassinin əsərində Məhərrəmin yalnız müsəlmanlar arasında deyil, Bakının və Abşeronun çoxkonfessiyalı mühitində qeyri-müsəlmanlar tərəfindən də hörmətlə qarşılandığını göstərən maraqlı etnoqrafik müşahidələrdən biridir. Keşləli erməninin hər il məscidə çay və qənd nəzir göndərməsi xüsusilə diqqətçəkən nümunədir.

📜 “The Muharram mysteries among the Azerbeijan Turks of Caucasia : An academical dissertation”

Write A Comment