Əfşar Ulduzu Tədris Mərkəzinin təsisçisi və Azərbaycan dili müəllimi Əlisina Əfşar, Zəfər Günü münasibətilə Azərbaycanlı soydaşlarını təbrik edərək, səmimi arzularını çatdırdı.
Qızılbaş icmasından olan Əlisina Əfşar Kabil şəhərinin Əfşar-nənəkçi qəsəbəsindəndir.
Soydaşımız Əlisina Kabildə bir sıra təqdirəlayiq işlərə, ilklərə imza atmışdır; onun təsis etdiyi ‘Əfşar Ulduzu Tədris Mərkəzi’ Əfqanıstanda fəaliyyət göstərən ilk Azərbaycan dilli təhsil mərkəzi olaraq milli kimliyimizin yaşadılması və təbliğində mühüm rol oynayır.
Soydaşımız Əlisina, Taliban hökumətindən Kabildə Azərbaycan dilinin tədrisinə, qadınların təhsil almasına və müəllim kimi fəaliyyət göstərməsinə rəsmi razılıq ala bilmiş yeganə şəxsdir.
Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru, araşdırmaçı Vahid İbayev
Comments are closed.