Tariximizin az bilinən, möhtəşəm görüntüsü – Şah İsmayılın hakimiyyət açarını Hindistanda Bicapur sultanına təqdim etməsi

17-ci əsrə aid bu möhtəşəm miniatürdə diqqəti ən çox çəkən səhnə Qızılbaş dövlətinin banisi Şah İsmayılın rəmzi hakimiyyət açarını Bicapur sülaləsinin qurucusu Yusif Adil Şaha təhvil verməsidir. Bu sadəcə diplomatik jest deyil – Adil Şahi sülaləsinin şiə məzhəbinə sarsılmaz sədaqətinin rəsmi təsdiqidir.

Bu miniatürdə Yusif Adil Şah sülaləsinin bütün nümayəndələri ilə birlikdə əks olunub:

➡ Sağ tərəfdə – II İbrahim, Məhəmməd, II Əli və gənc Sikəndər (sülalənin son hökmdarı)
➡ Sol tərəfdə – İsmayıl, I İbrahim və I Əli

Bu təsvir 1686-cı ildə Bijapur Moğollara tabe olmamışdan az əvvəl rəssamlar Kamal Məhəmməd və Çand Məhəmməd tərəfindən çəkilib. Uzaq fonunda görünən dəniz və şəhər isə bir zamanlar Ərəbistan dənizinə çıxışı olan qüdrətli Bijapur dövlətinin genişliyini xatırladır.

Xüsusilə II İbrahimin dövründə (1579–1626) Bicapurda şiəliklə yanaşı Hinduizm və təsəvvüfün azad şəkildə yaşaması, hətta 1583-cü ildə sünniliyin rəsmi dövlət dini elan edilməsi, bu sarayın dini tolerantlıq və siyasi uzaqgörənlik mərkəzi olduğunu göstərir.

Bu miniatür sadəcə bir ailə portreti deyil – Səfəvi ruhani-siyasi irsinin Hindistanda necə güclü şəkildə yaşadığının parlaq sübutudur.

P.S. Miniatür Metropolitan İncəsənət Muzeyi, Nyu-Yorkda yerləşir

Comments are closed.