Azərbaycanlıların təşəkkülündə mühüm rol oynamış Qarqarlar, Albaniyanın avtoxon xalqlarından biri, güclü tayfa bilriyi quran və böyük bir ərazidə yaşayan qədim tayfalardan biri idi.

Qarqarların bütün qədim mənbələrdə əsas mərkəzlərinin Qarabağın Ağdam ərazisi olduğu sübut edilir.

Antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi.

Qarqarlar haqqında məlumat verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada qarqarların özlərinə məxsus eyniadlı şəhər də mövcud olmuşdur.

Professor Zaza Aleksidzadə yazır: “V əsrin 10-cu illərində Mesrop Maştos sivniyalı tərcüməçi Beniaminin köməyi ilə alban əlifbası yaratdı. Çar iqamətgahının ərazisində (Faytakaran-baylakan) yaşayan əhali vahid ədəbi dil norması kimi qəbul edilmiş qarqar dilində danışırdılar.

V əsrdə yaranan alban əlifbası məhz qarqar dilində tərtib olundu. “Qarqarların xoşagəlməz, vəhşi və kobud dili” dili. Qarqarlar isə amazonlarla qonşu idilər və Azərbaycanın ilkin sakinləri hesab edilə bilərlər.
(Zaza Aleksidze ”Qafqaz albanları dilləndilər.” Artanuci, 2003)

Mхitar Qoşun “Törə bitiyi” kitabında yazılır: “alban əlifbası məhz qarqar (qıpçaq) dili əsasında yaradılıb və bu işdə qarqar Beniaminin böyük rolu var.”

Antik mənbələrin, Herodotun, xüsusilə Strabonun amazonların Qafqaz dağlarındakı Keravn dağlarında yaşaması və baharda (Novruz bayramında) dağlardan enərək Qarqar düzündə qonşu qəbilə qarqarlarla nəsil artırmaq üçün görüşməsi faktının (Herodot “Tarix”, IV kitab, 114-cü abzas ) açıqlaması isə Keravn (Geranuşe dağı) bugünkü Qarabağda olan Qərvənd-Camış dağının olmasıdır. Strabon daha əvvəlki müəlliflərə istinadən yazır:

“Skepsisli Metrodor və Hipsikrat, həmçinin bu yerlərlə tanış olanlar məlumat verirlər ki, amazonlar qarqarların qonşuluğunda Kerauniya adlanan Qafqaz dağlarının şimal ətəklərində yaşayırlar”. (Страбон. География)

Albaniyanın şimal-şərqində qarqar etnonimini özündə daşıyan toponimləri orta əsr ərəb müəllifləri öz əsərlərində qeyd etmişlər. IX əsr müəllifi İbn Xordadbeh Qarqar şəhərini qeyd etmişdir. Hətta erməni tarixçisi S.T.Eremyan özü də etiraf edir ki, qarqarların ölkəsi Azərbaycandır.

S.V Yuşkov, K.V.Trever qarqarları alban tayfası hesab etmişlər və onların özlərini “Qalqay“ adlandırdıqlarını yazmışlar. “İrsi olaraq bütün Alban düzənliyi onun dağlıq hissəsi ilə birlikdə, Araks çayından başlayaraq Hunarakert adlanan qalayadək (Ağstafa zonası) Qarqar knyazlığının ərazisi idi“ (Moisey Kalankatuklu, Albaniya tarixi)

Qaynaqlar Qarabağ bölgəsinin tayfalarının alban mənşəli olması və bu ərazinin Albaniya dövlətinə məxsus olmasını göstərir. Bütün müraciət etdiyimiz mənbələr Alban tayfa birliyinin tərkibində xüsusi yer tutan avtoxton türk tayfalarının burada maddi və mənəvi mədəniyyətin yaranması və inkişafında mühüm rol oynadığını təsdiq edir.

Beləliklə, antik müəlliflərin məlumatlarına istinad etsək qarqarları şimal-şərqi Qafqazın düzənliklərində və dağ ətəklərində yayılmalarını demək olar. İlkin orta əsr erməni mənbələrinə əsaslansaq bu tayfanı Qarabağ düzündə, Kür çayından cənubda və Qarqar çayı hövzəsində lokalizə etmək olar.
(Ямпольский З.И. Две заметки к трактовке Страбонова текста об Азербайджанской Албании // Изв. АзФАН, 1942)

Qarqar etnonimi ilə bağlı coğrafi adlara, yəni Köndələn çaydan şimalda yerləşən Qərqər kəndi, Gədəbəyin yaxınlığında, Zəyəm çayın mənbəyində yerləşən Qərqər adlı yer, Samur çayının mənsəbində yerləşən Qarqar dağı və Qarabağdan başlanğıcını götürən Qarqar çayı kimi toponimlərə istinad etsək isə bu tayfanı daha geniş ərazidə-cənub-şərqi Qafqazda, o cümlədən, Qarqar çayı hövzəsinə bitişik olan daha geniş ərazidə yayıldığını deyə bilərik.

Qarqarlar əvvəlcə Albaniyanın şimal sərhədlərində amozonkalarla qonşuluqda yaşayırdılar. Qarqarlarla amozonkaların münasibətləri barəsində bir müəllif fikirlərini vermək yerinə düşərdi:

“Nə zamansa bu yerlərdə qarqar adlı ulu bir el yaşayırdı. Mavi gözlü, qızıl saçlı igidləri özlərinə ər qızlardan istəklilər seçərdi. O qızlar ki, hər birinin daş ürəyi və dəmir mətanəti qədim dünyanı heyrətə salmışdı. Deyilənə görə, Makedoniyalı İskəndər belə çox zaman onlarla üzləşməkdən çəkinirmiş.

Kişi tayfasına qənim kəsilmiş bu gözəllər-amazonkalar yalnız qarqar igidlərinə könül verər, öz adətlərinə uyğun olaraq onlara ərə gedərdilər. Doğulan qız uşaqları isə qarqarlara çatırdı”. Qarqarlar, eyni zamanda bulqarlar və kəngərlər etnik bir kütlənin soyları olub.

Aşıq Ələsgər: «Qarqar» rədifli təcnisi yada düşür:
Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa – Qarqar.

Müəllif: siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev / aqreqator.az

Comments are closed.