Tək biz yox, rusiyalı ziyalılar da bilirdilər ki, Erməni kilsəsi ilahi bir məkan kimi yox, daha çox milli-siyasi təşkilat rolunu oynayırdı.

Rus şairi, publisist Vasili Veliçko (1860-1903) yazdıqları olduqca maraqlıdır:

“Uzun əsrlər boyu erməni təcridinin mərkəzi orqanı, yuxarıda qeyd edildiyi kimi, yarı gizli dövlətçiliyin xüsusi forması olan erməni teokratiyası olmuşdur və indi də qalır. Zahirən kilsədir, amma mahiyyət etibarı ilə o, ilk növbədə, bir çox hallarda gizli siyasi vəzifəni dini çağırışdan üstün tutan “milli” bir qurumdur.

Bu kilsə – təbii ki, Allahın məbədi kimi deyil, ümumi vəzifələrlə birləşən ermənilərin toplusu kimi – çox vaxt ya birja, ya da siyasi və digər görüşlər yeridir. Qafqazda Eçmiədzini “dövlət sənədlərinin tədarükü üçün ekspedisiya” adlandırmaq olduqca yaygındır.

Siyasi təşkilatla üst-üstə düşən kilsə təşkilatı, nəticə etibarı ilə, dini-əxlaqi prinsiplərə və dövlət nizamına zidd olan bu sonuncunun bütün qaranlıq tərəflərinə yad deyil. İstənilən erməni yeparxiyasında, istərsə də Eçmiədzinin özündə dünyəvi insanlar çox vaxt həlledici rol oynayır, ya siyasi intriqa tellərini əllərində saxlayırlar.

Erməni kilsəsində siyasi ünsür üstünlük təşkil edir və erməni qəzəblərində günahkar təkcə ruhanilər deyil, çünki onlar Eçmiədzinin ali rəhbərliyi altında xalqın bütün təbəqələrini əhatə edən təşkilatın işidir.”

İstinad: V.L.Veliçko (1860-1904) “Qafqaz” Rus məsələsi və tayfalararası münasibətlər”.

📍 Beləliklə, ermənilər kilsə yolu il öz siyasi məqsədlərinə çatmaq üçün bir vasitə və təşkilat rolunu oynayan bir mərkəz kimi istifadə edirdi. Bu özünü Rusiya imperiyası dönəmində gözə çarpacaq qədər biruzə verməkdə idi.

Comments are closed.