Bildiyinz kimi erməni-haylar iddia edirlər ki, Şuşa, Xankəndi şəhərlərinin elə ermənicə öz adları olub. Bəs əsrin əvvəlində onların bundan niyə xəbəri olmayıb?

Diqqət edin!

1992-ci ildə, artıq Ermənistan öz müstəqilliyini əldə etdiyi zaman, ölkənin Elmlər Akademiyası, professor Mikayelyanın redaktorluğu ilə “Dağlıq Qarabağ 1918-1923. Sənədlər və materiallar toplusu” adlı kitab nəşr etmişdi.

Həmin sənədlər İrəvanın və Moskvanın fondlarında aşkarlanmışdı.

Kitabda, Qarabağ ermənilərinin 7-ci qurultayının, 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edilməsi yazılır.

26 bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi ki, “Qarabağın, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənilər özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir…”

“Razılıq əldə edildikdən sonra Şuşa-Yevlax yolu yenidən açıq elan edildi.
Bu yolda səyahət indi təhlükəsizdir. Yolu saysız-hesabsız mühafizəçilər qoruyur, hər yerdə postları var.
Xankəndindən nəinki fayton, maşın və atla gələn, hətta özləri ilə alay orkestrini də gətirən azərbaycanlı zabitlər şəhərdə tez-tez və hay-küylə “kef edirlər”.”

Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi:

“Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi… 7-ci erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar”.

Maraq doğuran məsələ odur ki, həmin illərdə ermənilər Şuşanı elə Şuşa kimi, Xankəndini də məhz bu cür tanıyırdılar və həmin sənədlərdə bu öz əksini tapmaqdadır.

Qondarma Stepana gəlincə isə.. O görbagör oldu.

Comments are closed.