Qızılbaş dövlətinə fars-iran dövləti deyənlər yaxın əyləşin. Sizin üçün Rusiya, Qərb, İran, tarixçi, tədqiqatçılardan ibarət tam bir siyahı hazırladıq.
Səfəvi dövlətinin Azərbaycan dövləti olması heç kəsdə şübhə doğurmur, bəs siz hələ də zənn güman içindəsiniz? Onda yazını axıra qədər oxuyun.

20-ci əsr boyu, İran tarixşünaslığında (həm İran, həm də xarici tarixçilər arasında) Səfəvilərin müasir İranın yaranmasında mühüm rol oynaması fikri üstünlük təşkil edirdi, bir sıra tədqiqatçılar Qızılbaş dövlətini müasir İranın və onun millətinin əsası hesab edirdilər.

Bunun əsasını Səfəvilərin öz yaxın qonşuları ilə qarşıdurmaları, sərhədlərin yaradılması və müdafiəsi, osmanlı türklərindən və ərəblərdən mədəni şəkildə qopması, şiəliyin dövlət ideologiyası kimi bərqərar olması, digər İslam dövlətlərindən təcrid olunması və s.
Lakin Qərbi və Mərkəzi Asiya regionları ilə ticarət və mədəni mübadilə ilə bağlı son araşdırmalar bu fikrə qarşı çıxdı.

Beləliklə, tədqiqatçıların fikirlərini nəzərdən keçirək:

– İranikada Səfəvilər haqqında məqalənin müəllifi Rudi Meti yazır ki, Səfəvilər Persiyanı birləşdirdilər, ictimai quruluşu köçərilərdən oturaqlığa keçirdilər. Bununla belə, Meti Səfəviləri müasir milli dövlət adlandırmağı anaxronizm hesab edir və qeyd edir ki, Səfəvi dövləti əsasən Monqol və Teymuri dövlətlərinin ənənələrini, sikkə zərbindən tutmuş inzibati quruluşa qədər davam etdirirdi.
(Safavid dynasty — статья из Encyclopædia Iranica. Rudi Matthee)

– Yapon iranşünası M.Haneda yazır ki, Minorski Səfəvilərin “Təzkirət əl-müluk” idarəçiliyinə dair öz müqəddiməsini və şərhlərini dərc etdikdən sonra alimlər dövlətin qəbilə mahiyyəti ilə bağlı yekdil fikrə gəliblər.
(M. Haneda. The Evolution of the Safavi Royal Guard. — С. 57)

– Rəsmi “İran” və “şahanşah” terminologiyasına gəlincə, İ.P.Petruşevski onun heç bir milli ideya daşımadığını və Yaxın Şərqdə və Orta Asiyada Sasanilər dövründən bu yana bu terminlər “ümumdünya” monarxiyasının nəzəri konsepsiyası ilə əlaqələndirilmişdir (çünki Monqol Hülakuidlər sülaləsi də “şahanşah” və “İran”dan istifadə edirdilər), hansını ki “imperator”arxaik Roma titulunu qəbul edən Qərb monarxları da rəhbər tuturdular. Petruşevski Qızılbaş dövlətinin XVII əsrə qədər “fars”, “iran”, yeni-iranlı” adlandırılmasını yanlış hesab edirdi.
(Петрушевский, 1949, с. 38)

– Mitçel yazır ki, Səfəvi imperiyasının xüsusiyyətlərinin türk kökləri Oğuzların keçmişinə gedib çıxır.
(C. P. Mitchell, „The sword and the pen: Diplomacy in early Safavid Iran, 1501—1555“, p. 178)

– Vladimir Minorskinin qeyd etdiyi kimi, Səfəvilər dövləti öz tarixinin ilkin mərhələsində İranda türkmən hökmranlığının üçüncü mərhələsini hesab olunurdu.
(Vladimir Minorsky. Tadhkirat al-mulūk. — С. 30)

– Piter Qolden, Mişel Mazzoy, Robert Kanfild Səfəvi dövlətini türk dövləti hesab edirlər.
(Peter B. Golden. The Turkic Peoples and Transcaucasia, 1983, c.26; Mazzaoui, Michel B; Canfield, Robert (2002). Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period. Turko-Persia in Historical Perspective, p. 86)

– N. D. Mikluxo-Maklay XVI əsrdə Orta Asiyada Səfəvilərə Qaraqoyunlu və Ağqoyunlu türkmən dövlətlərinin davamçıları kimi yanaşıldığını göstərir. Onun fikrincə, Səfəvi dövləti fars dövləti deyildi və belə hesab olunmurdu.

(Н. Д. Миклухо-Маклай. К истории политический взаимоотношений Ирана со Средней Азией в XVI в. — С. 16.)

– Martin Dikson da hesab edirdi ki, Səfəvilər dövləti Qara Qoyunlu və Ağqoyunluların varisidir.
(Dickson M. B. Shah Tahmasp & the Uzbeks (The Duel for Khurasan with Ubayd Khan: 930—940/1524—1540). — p.18)

– Səfəvilər dövlətini Ağqoyunlunun varisi hesab edən Remzi Kılıç da oxşar fikirdə idi.
(Prof. Dr Remzi Kılıç. Kanuni Sultan Süleyman’ın Irakeyn Seferi (1533—1535) Öncesi Anadolu’da Ortaya Çıkan Bazı Gelişmeler)

– D.Morqan yazır ki, I Şah İsmayıl Ağqoyunludan sonra üçüncü Türkmən dövləti yaratmaq niyyətində idi və özünü Uzun Həsənin varisi hesab edirdi.
(Morgan, 2014, p.121)

– Stefan Dale yazır ki, Şah İsmayıl özünü Ağqoyunlunun siyasi varisi hesab edir və fəthləri ilə bu dövləti yenidən yaradırdı.
(Stephen F. Dale. The Muslim Empires of the Ottomans Safavids And Mughals, p.70)

– Kornel Fleyşer Səfəvi dövlətini Osmanlı, Teymurilər və Moğollarla birlikdə türk imperiyası adlandırır.
(Fleischer С. H. Bureaucrat and Intellectual in the Ottoman Empire, p. 287)

– İran əsilli amerikalı alim Əmir Ərcomand və türk tarixçiləri A. Gölpınarlı və P. N. Boratav imperiyanı Türkmən dövləti adlandırırlar.
(A. Arjomand, „The Shadow of the God and the Hidden İmam“, p. 123; Gölpınarlı A., Boratav P. N. Pir Sultan Abdal, s.8 )

– S. L. Smit Şah İsmayılın Ağqoyunlu xətti ilə türkmən dövləti yaratmaqdan başqa heç nə ilə maraqlanmadığını və bəlkə də özünü babası Uzun Həsənin davamçısı hesab etdiyini qeyd edir.
(S. L. Smyth. A Friend or a Foe: Popular Perceptions of Persia in England, 1598—1688. — С. 134.)

– Faruk Sümer hesab edir ki, Səfəvi dövlətinin təməli hakimiyyətin eyni millətə və hətta eyni coğrafi bölgəyə mənsub türk qrupuna verilməsindən başqa bir şey deyil.
(F. Sümer, „Kara Koyunlular“, s. VIII)

– Səfəvi şahları şüurlu şəkildə özlərini türk-monqol ənənəsinin varisləri hesab edirdilər və xüsusən də XIV əsrin sərkərdəsi Tamerlanın ənənələri ilə formalaşırdılar. I Şah Təhmasib öz tərcümeyi-halında israr edir ki, o, “Tarix-i Teymur”u oxuyurmuş. Xüsusilə sonrakı dövrlərdə sülalə döyüşçülər tayfası olmaqdan çıxdıqda bu romantik keçmiş canlandı və xüsusi qüvvə ilə təqdim edildi.
(Rudi Matthee, „The Idea of Iran in the Safavid Period: Dynastic Pre-eminence and Urban Pride“, p. 85)

– İran alimi Nəsrullah Fəlsəfi hesab edirdi ki, dövlətin qurucusu I İsmayıl iran mənşəsinə və fars dilinə xor baxır, türk hökumətlərini devirib, vahid dövlət yaratmaqla İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoyduğu versiyasını da rədd edirdi. O, Səfəvilər dövrünü türk qızılbaş tayfalarının yerli İran əhalisi üzərində hökmranlığı dövrü hesab edirdi.
(Фалсафи Н. Зиндагии шох Аббоси I. Т. I. Тегеран, 1334 г. ш. С. 169.; Muhammad Karim Youssef-Jamālī The Life and Personality of Shāh Ismā’īl I (1487—1524), p. 12—13.)

– Barri Devid Vud həmçinin yazır ki, Səfəvilərin İran millətçiliyinə əsaslanan İran milli idarəçiliyinin dirçəldilməsi fikri əsassızdır.
(Barry David Wood. The Shahnatna-i Ismail: Art and Cultural Memory in Sixteenth-Century Iran, p. 80 )

– Professor Duqlas Stroysand qeyd edir ki, Səfəvi İmperiyası nə Əhəmənilərin və Sasanilərin qədim imperiyalarının dirçəlişi, nə də müasir İran dövlətinin başlanğıcı idi. Səfəvilər öncəki imperiyaların farsdilli ərazilərinin əksəriyyətini birləşdirsələr də, onların varisi və ya qanuni xələfi olduqlarını iddia etmirdilər. Teymuri və Türkman sələflərindən az və ya daha çox iranlı deyildilər.
(Douglas E. Streusand, „Islamic Gunpowder Empires. Ottomans, Safavids, and Mughals“, p. 137)

– Türk tarixçisi Lale Uluça görə, 16-cı əsrdə Osmanlılar Sasani irsinə iddia edirdilər, Səfəvilər isə sonrakı müsəlman imperiyalarının Asiyadaxili köklərinə daha yaxın idilər. Osmanlı müəllifləri Qərbi Asiyanın çağdaş dövlətlərini “Şahnamə” ilə xarakterizə edərək özlərini əfsanəvi İranın, Səfəvilər isə Turanın nümayəndələri kimi qələmə verirlər.
(Uluç L. The Shahnama of Firdausi in the Lands of Rum, p. 176.)

Diqqət sual: İnsafla deyin, zənn-gümanla deyil – Qızılbaş dövləti Azərbaycan və Azərbaycanlıların dövləti idi, yoxsa İran və farsların?

Comments are closed.