Zəbihullah Səfaya görə Teymuri, Osmanlı, Türkmən dövlətləri və Hindistan saraylarında fars mənzum və nəsr ədəbiyyatının inkişafı mərhələsində olarkən XV əsrdə başqa bir dil – türk dili ədəbi dili möhkəm təməllər üzərində möhkəmlənirdi.

Türk dili ədəbi dil olması üçün xüsusilə Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövrlərində ciddi səylər göstərilirdi. Yeni türk ədəbiyyatının meydana gəldiyi bu dövrlərdə Fars mənzumunun və nəsrinin türk nəzminə və nəsrinə çevrildiyini görmək mümkündür.

Səfaya görə, türkcə mənzum şeirlərin daha əvvəlki dövrə aid nümunələrinə də rast gəlmək mümkündür. Misal üçün; Mövlanənin oğlu Beha Veled, Şah Qasım Ənvər, Kabuli kimi şairlərin türkcə şeirləri mövcuddur. Lakin türk poeziyasının əsl püxtələşməsi Teymurilər dövründən sonra başlayıb. Bu dövrə aid bir çox türk şeirlər yazan şairlə rastlaşırıq. Üstəlik bir çox sultan və şahzadələrin də bu dövrdə türkcə şeirlər yazdıqları məlumdur.

Müəllif, sözügedən dövrdə Əlişir Nəvai, Zahirəddin Babur və Şah İsmayıl Xətai şeirlərinin türk ədəbiyyatının görkəmli əsərləri olduğunu söyləyərək, bu dövrü Türk ədəbiyyatının yüksəliş dövrü adlandırır. (Səfa, 1991: 146-147).

📜 Həmidrza Söhrabiabad, “Səfəvi idarəsində sosial transformasiya” (Doktorluq dissertasiyası, səhifə 57)

Kənan Rövşənoğlu

Comments are closed.