Dünən İrəvanın mərkəzində, Ermənistan hakimiyyətinin “Nemesis əməliyyatının qəhrəmanları” hesab etdiyi insanların xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Burada diqqət çəkən məqam nədir?

“Nemezis” Əməliyyatı — Daşnaksütyun partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi guya “erməni soyqırımını” və Bakıda 1918-ci ildə “erməni əhalisinin qətlini” təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi.

Terrora məruz qalanların sırasında ünlü dövlət xadimləri olan – Fətəli xan Xoyski, Tələt Paşa, Behbud xan Cavanşir, Nəsib bəy Yusifbəyli və s. qeyd etmək olar.

Əlbətdə daşnakların terrorçu mahiyyəti təəccüb doğurmamalıdı. Bir halda ki, onların hətta bu xislətdən doğan, Hitlerə və onun siyasətinə böyük rəğbətləri var idi.

Bir müddət əvvəl, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun apardığı araşdırma nəticəsində ABŞ Konqresinin arxivində erməni daşnaklarının Hitlerin siyasətini və Holokostu dəsdəklədiyini göstərən tarixi bir sənəd tapılmışdı.

Məlumata görə, 1945 -ci il mayın 4-də ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frenk Huk Konqresin plenar iclasında erməni daşnaklarının Hitleri necə dəstəklədikləri və Holokostu, irqçiliyi, ABŞ ərazisində həyata keçirdikləri terror hücumları, ABŞ Konqresinin reyestrinə daxil edilmiş və ölkə hökuməti tərəfindən nəşr edilmişdir. Məqalədə daşnak hərəkatının yaranma tarixi təsvir edilmişdir.

Məqalədə daşnakların Nasizmə simpatiya bəslədikləri, daşnakların Hitlerizmi və faşizmi “insanlığa hədiyyə” saydıqları yazılır. 17 sentyabr 1936 -cı ildə Bostonda (ABŞ) nəşr etdikləri “Hairenik” qəzetinin avqust sayında Xolokostu dəstəkləyən yazılar var.

Sənəddə, erməni irqçiliyini təbliğ edən və Sexakronizm ideologiyasının əsasını qoyan və bu fikri əsasən erməni gəncləri arasında yayan nasistlərə xidmət edən erməni Qaregin Njde haqqında da məlumat verilir.

Hitlerin irqçi fikirlərinə sadiq qaldığı və bu fikirləri əsas götürdüyü vurğulanır, əlavə olaraq ABŞ-da Azərbaycana qarşı məkrli şəkildə hərəkət edən əsas erməni lobbiçilik təşkilatının – Amerika Erməni Milli Komitəsinin (daşnak təşkilatı) olduğu qeyd edilir.

Sənədi yükləmək üçün keçid linki: https://drive.google.com/file/d/15pLVHUHWplhgitOCu9l7p0lkMDL56epx/view

minval.az

Comments are closed.