Orta əsr Avropa nəşri lüğətlərə nəzər salaq:
1. “Ermənilər – Ermənistanda yaşayan insanlar deməkdir.” Yəni millət deyil, sadəcə o ərazidə ümumən yaşayan insanlar bu cür adlanırdı.
2. “Beləliklə ermənilər – bu regionda yaşayan millətdi”. Yəni, “erməni” Ermənistan sözündən gəlir və bu bölgədə yaşayan insanları nəzərdə tutur, xalqı yox.
3. “Erməni – Ermənistandan olan birisidi”. Nöqtə.
17-ci ərin ortalarında “erməni” termini yalnız “Armenia” deyilən bölgənin bütün əhalisini deyil, eyni zamanda xristian əhalisini qeyd etmək üçün istifadə olunurdu. Diqqət yetirin:
4. “Ermənilər əsasən Böyük Sultanın tabeliyində olan Armeniya ölkəsinin xalqlarıdır… Dinə gəlincə, ermənilərin əksəriyyəti Məhəmməd dininə mənsubdurlar. Halbuki burada “erməni” adlı təriqətə mənsub çoxlu xristian var.”
Yəni erməni anlayışı o bölgədə dinindən, milliyətindən asılı olmayaraq hamıya şamil edilən ad idi.
5. “Ermənilər əslində Ermənistan xalqlarının adıdır, onlar … ticarətə o qədər bağlıdırlar ki, Asiya və Avropaya səpələnmişlər. Lakin onlar xristian olduqlarına və ayrıca bir təriqət təşkil etdiyinə görə, onun ayinlərinə əməl edənlərin hamısını bu adla çağırırıq.”
Yəni müəlliflərin bir-birinə zidd məlumatların verdiyinə şahid oluruq. Bir tərəfdən deyirlər ki, erməni adı Armenia’da yaşayan xalqların öz adıdı (müsəlman, xristian və s.), digər tərəfdən isə ermənilər erməni kilsəsinə mənsub insanların adıdır.
Beləliklə artıq 18-ci əsrdə Avropada, “ermənilər-xristian sektasıdı”, anlmanını görməyə başlayırıq.
Oxuyuruq:
6. “Ermənilər – kilsə tarixinə görə, xristianlığın bir təriqətinin adıdır”. Vəssalam.
Beləliklə, 18-ci əsrə qədər avropalıların “Armenia” adlandırdıqları ərazinin bütün əhalisini erməni adlandırırdılar, daha sonra isə bu anlayış ancaq Xristian dininin Şərq qoluna mənsub olanlara aid olmunmağa başlandı.
Filip Ekozyans
Comments are closed.