“Həsən padişahın məğlub düşmənlə belə bir rəftarının misli tarixdə çox azdır.”

📝📌 Nümunə 4: Azərbaycan hərbçisi, xəttatı və tarixçisi Həsən bəy Rumlunun (1530–1578) “Əhsənət təvarix” əsərindən:

“Həsən (1423–1478) padişah (Sultan Uzun Həsən qaraqoyunlulara qalib gəldikdən sonra) qəzavü-qədər kimi cərəyan edən fərman verdi ki, say-seçmə və sadə adamlardan heç kim təcavüz qılıncını intiqam qınından sıyırmasın və təvəqqe əlini onların canına, malına və arvad-uşağına uzatmasın.

O camaatın sağ-salamat öz məskəninə və məkanına qayıtmasına imkan yaradılsın. Müxalif qoşunu təqib edilməsin, gücdən düşmüş, xəstələnmiş qadın və kişilərə azuqə verilib öz diyarlarına yola salınsınlar”.

Şərh. Qeyd etmək lazımdır ki, Azərbaycan hökmdarı Həsən padişahın məğlub düşmənlə belə bir rəftarının misli tarixdə çox azdır. Deyilə bilər ki, qaraqoyunlular da ağquyunlular kimi türkman, yəni azərbaycanlı olduqları üçün Sultan Uzun Həsən onlara mərhəmət göstərmişdi.

Bu, belə olsa da nəzərə almalıyıq ki, orta əsrlərdə və sonrakı dövrlərdə ruslar, moğollar, çinlilər, avropalılar öz soydaşlarını körpə, qadın, yaşlı demədən məhv edirdilər. Həsən bəy Rumlunun nəql etdiyi epizod isə onu göstərir ki, Sultan Uzun Həsən ideal cəngavər, ədalətli və humanist dövlət başçısı, bir sözlə, əsl insan olmuşdur.

Ardı var..

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Comments are closed.