Erməni saxtakarlığının iç üzü

Bu yaxınlarda bir erməni “taksi sürücüsü” blogeri öz kanalında yazmışdı ki, guya Xankəndinin adı şəhərə 1847-ci ildə verilib və ondan əvvəl o “Vararakn” adlanıb və 5-ci əsrdə əsası qoyulub.

Ermənilərin uydurduqları bu zaman xətti, araşdırıb bu məsələnin həqiqətini tez bir zamanda tapmağımızı ləngitsə də, axır ki axtarışlar öz nəticəsini verdi.

İlk öncə onu demək lazımdır ki, ruslar heç vaxt yaşayış məskəninin erməni adını Azərbaycan adına dəyişməz və bu hal heç zaman olmayıb.

Biz bilirik ki, arxiv məlumatlarına görə, şəhərin özü XVIII əsrin sonlarında Qarabağ xanı Pənahəli xan tərəfindən salınıb. O, xan ailəsinin üzvləri və yaxın adamları üçün istirahət yeri kimi yaranmışdı. Əvvəlcə yalnız xan ailəsinin üzvlərinin yaşadığı kənd “Xanın kəndi”, sonralar isə nəhayət, “Xankəndi” adı almışdır.

📜 Gəlin “Böyük Sovet Ensiklopediyası”na müraciət edək. Burada gördüyümüz kimi, şəhərin əsl adı, 1923-cü ilə qədər məhz Xankəndi olaraq göstərilməkdədir, Vararakn-Mararakn yoxdu.


Ümumiyyətcə yalnız 1870-ci illərdən sonra, Çar Rusiyası dövrü xəritələrdə bu kənd adına rast gəlmək olur, ondan əvvəlki dövrdə isə yox. Səbəbi isə çox sadədi, orda yaşayan insanların sayı çox cüzi idi, yalnız bir müddət sonra kənd böyüməyə başladı.

Bunun üçün 1870 və 1901-ci ilə aid xəritələri yerləşdiririk.


Gələk əsas məsələyə. Bəs 1847-ci ildən əvvələ aid edilən hər hansısa bir mənbə varmı ki, orda Xankəndi adı olsun və bununla da bu erməni yalanını da birdəfəlik gorbagor edək?

📜 Bunun üçün biz 1851-ci il “Qafqaz təqvimi” adlı kitaba nəzər keçirək.

Orda yazılıb:

“1797-ci ildə Ağa Məhəmməd xan yenidən Şuşanı mühasirəyə aldı. Qarabağlılar Şuşadan bir neçə mil aralıda, indi Mingreliya Çavuşlar Alayının qərargahının yerləşdiyi Xankəndi məntəqəsində persiyalılarla [qacarlarla – red.] vuruşdular.”


“1823-cü il Qarabağ vilayətinin təsviri” adlı kitabda isə, yenə də Qarabağın yaşayış məskənləri içərisində Xankəndi məntəqəsinin adına rast gəlirik.

Bəs görəsən hardadı “Vararakn”?

Comments are closed.