Tələblərimiz ağır idi!

Beləki, İkinci Dünya Müharibəsi bitəndən sonra, 1945-ci ildə, VKP (b) Mərkəzi Komitəsinin katibi G. Malenkova göndərdiyi teleqramda, Ermənistan SSR MK katibi G. Arutinov, DQMV -nin Ermənistan SSR -a verilməsi təklifini, muxtariyyət əhalisinin istəyi və inkişafı üçün daha əlverişli şərtlər alacağı ilə əsaslandırmağa çalışmışdı.

Şübhə yoxdur ki, Arutinov təkliflərinin Stalini müəyyən dərəcədə maraqlandıra biləcəyinə ümid edirdi.

Arutinovun teleqramı Bağırova göndərildikdən sonra Sovet Azərbaycanının rəhbəri, 10 dekabr 1945-ci ildə Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi G. Malenkova geniş bir cavab hazırlayıb göndərdi.

18 -ci əsrin ortalarından etibarən Qarabağın siyasi tarixi və bu ərazinin eyni adlı xanlığın tərkibində olması ilə bağlı məlumat verdi.

Bağırovun qeyd etdiyi kimi, Dağlıq Qarabağın Ermənistanla birbaşa sərhədi olmadığı və yalnız azərbaycanlıların yaşadığı Azərbaycanın bölgələri ilə ayrıldığı üçün 1923-cü ildə bu bölgəni Azərbaycanın tərkibində SAXLAMAQ və orada erməni muxtariyyəti yaratmaq qərara alındı.

Eyni zamanda, məktubunun sonunda M.C.Bağırov, azərbaycanlıların məskunlaşdığı Şuşa bölgəsi istisna olmaqla, DQMV-nin Ermənistan SSR-ə verilməsinə razılıq verdiyi əks təklif irəli sürdü.

‼ LAKİN. Bunun müqabilində Azərbaycanlıların yaşadığı Ermənistan SSR -ın Vedi, Əzizbəyov və Qarabağlar bölgələrini Azərbaycan SSR-na verilməli idi.

Belə olan halda, Ermənistan rəhbərliyi məsələni gündəlikdən salmağa məcbur oldular.

Bu o zaman Azərbaycanın qələbəsi idi və onu göstərirdi ki, biz öz torpaqlarımızı unutmamışıq.

karabakh.center

Comments are closed.