Səfəvi-Qızılbaş dövlətinə “İran dövlətçiliyi, fars millətçiliyinin dirçəldilməsi” kimi absurd iddialar səsləndirənlərə, qərb tarixçi-araşdırmaçıların cavabı silsiləsinə daha birisini əlavə edirik.
Bu, Amerika Hərb Universitetinin professoru Duqlas Stroysantdır.
Oxuyuruq:
«Səfəvi İmperiyası nə Əhəmənilərin və Sasanilərin qədim imperiyalarının dirçəlişi, nə də müasir İran dövlətinin başlanğıcı idi. Səfəvilər öncəki imperiyaların farsdilli ərazilərinin əksəriyyətini birləşdirsələr də, onların varisi və ya qanuni xələfi olduqlarını iddia etmirdilər. Teymuri və Türkman sələflərindən az və ya daha çox iranlı deyildilər.
İran yaylasının şərq və qərb yarılarının Səfəvilər tərəfindən birləşdirilməsi və bölgəyə imamiyyə şiə islamının tətbiq edilməsi müasir İranın tanına bilən müjdəçisini yaratsa da, Səfəvi idarəçiliyinin özü nə aydın şəkildə İran, nə də milli deyildi.»
Douglas E. Streusand, Islamic Gunpowder Empires. Ottomans, Safavids, and Mughals. — Boulder, CO: Westview Press, 2010, s. 137.
Comments are closed.