“II Bəyəzidin oğlu Səlim hələ Trabzon valisi olarkən anlayırdı ki, Şahın Anadolu türkmənləri arasında “missionerləri”nin fəaliyyəti, osmanlıların mərkəzi hakimiyyətinin zəiflədiyi dönəmdə, Teymurun hücumları dövründən bəri, imperiyanın üzləşdiyi ən böyük təhlükə idi.

Şahın təbliğ etdiyi dini fikirlərin açıq-aşkar qeyri-ortodoks olması, İslam üçün məqbul hüdudlardan kənara çıxması, şübhəsiz ki, Səlimin qızılbaşlara qarşı hədsiz nifrətinə təsir etmişdi.

Amma bunun əsas səbəbi 1511-1512-ci illər böhranı zamanı, özünü tam şəkildə büruzə verən Osmanlı İmperiyasının daxili parçalanması təhlükəsi idi. Ancaq bu daxili problemin həlli sərhədlərdən kənarda idi: Sultan öz qeyri-ortodoks təbəələrinin xarizmatik liderini məğlub etməklə onları özünə tabe edə bilərdi. Taxtda möhkəmlənən Səlim bütün gücünü bu məqsədə çatmağa sərf etdi.

Bununla belə, o, qoşunların və silahların sayında hədsiz üstünlüyə, eləcə də diplomatik fəaliyyətə baxmayaraq, buna nail ola bilmədi. Siyasi təfəkkürdən danışsaq, onda Şah, şübhəsiz ki, ona bərabər idi və rəqibinin zəif tərəflərini müəyyən edə bilmiş, onun gücündən istifadə etməsinə mane olmuşdur.

Hadisələr bu cür cərəyan etdi:

1514-cü il avqustun 23-də Çaldıran döyüş meydanında Səlimin topları, bundan əvvəl Osmanlı ordusunun döyüşməyə o qədər də həvəs göstərmədiyi və Şaha qarşı qeyri-müəyyən bir rəğbət hissi oyatdığı, elit korpusu olan yeniçəriləri çox ağır itkilərə uğratmış qızılbaşları, darmadağın etdilər.

Qalib, lakin yorğun, Sultanın qoşunları Təbrizə yürüş etdilər, ancaq bir neçə həftəlik quraqlıq, qıtlıq, susuzluq və erkən qışın başlamasından sonra evlərinə Anadoluya dönəcəkdilər.

Bu kampaniyanın xatirələri Səlimin ordusunda iz buraxacaq. Nə qədər çalışsa da, bu insanlar daha Azərbaycana qarşı kampaniya aparmayacaqlar”.

J.L. Bacque-Qrammont, “The Eastern Policy of Süleyman”, s. 219-220

İstinad: Türkün səsi 1/7

Comments are closed.