Fərrux və ya Farux — Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənddir.
Yaşayış məntəqəsinin əsasını Farux adlı şəxs qoyduğu üçün belə adlandırılması ehtimal edilir.
Oykonim 1907-ci və 1918-ci illərdə fəaliyyət göstərmış müxtəlif millətlərin zəhmətkeşləri arasında beynəlmiləlçiliyi möhkəmləndirmək məqsədi güdən Faruq (hərfi mənası “Ədalət tərəfdarı”) sosial-demokrat qrupunun adı ilə də bağlı ola bilər.
Eyni zamanda, Fərrux — İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənd adıdır.

Tanınmış Qarabağ qazisi, Milli Qəhrəman Şirin Mirzəyevin komandiri olduğu taborda döyüşmüş kəşfiyyatçı-döyüşçü Rey Kərimoğlu öz xatirələrində belə yazır:
“Fərrux Ağdam rayonu ilə keçmiş Əsgərən rayonunun (Xankəndi istiqamətində) sağ tərəfdən arasında yerləşən böyük bir dağ idi, dağın ətəyində isə eyni adlı balaca bir kənd idi. Fərrux Ağdamın Cinli kəndinin yaxınlığında yerləşirdi.
1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurumuş əsasən Yerevandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Cinli, Yetim Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar.
Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Hər dəfə də yerli insanların və Ağdam milis şöbəsinin əməkdaşları, eyni zamandan Ağdam OMON-u tərəfindən onların qarşısı alınıb.
O zaman Cinli ermənilərin bütün Qarabağdakı əsas hədəflərindən biri idi.
Qeyd edim ki, bu kənd və yüksəklik xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 1905 və 1918-ci ildə Qarabağda baş verən erməni-müsəlman davasında da Fərrux alınmayıb. Yəni ermənilər Fərruxun alınmaz bir qala olduğu haqqında mif yaratmışdılar.
Erməni cəllad Zori Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndinin Ağdama tərəfə olan hissəsindəki müdafiəsi sıra ilə inşa edilmiş bir neçə evin qarşısı boyu tikilmiş “topdağıtmaz” dəmir-beton istehkam idi. Kəndin ən böyük müdafiəsi isə Fərrux dağının düz zirvəsində yerləşən “daş başı” postu idi..
Nəhayətki, 24 mart 2022-ci il tarixindən etibarən, Xocalının Fərrux kəndi artıq Azərbaycan Ordusunun nəzarəti altındadır.
nuh.az

Comments are closed.