“Əfqanıstandakı Qəndəhar və Kabil şəhərlərində yaşayan əfşarlar özlərinə qızılbaş deyir.
Əfqanıstan torpaqlarında da Qarabağ adlı bir neçə yaşayış yeri inşa etmişdirlər. Danışdıqları dil, Azərbaycan türklərinin danışdığı dillə eynidir.
“Apa.tv”nin xəbərinə görə, əfşar qocalara “Niyə burada məskunlaşdınız?” sualı verildiyində, “Azərbaycan sərhədini qoruyuruq”, – deyə cavab verirlər.
Bəli, bu gün Azərbaycan torpaqlarının əksəriyyətini itirdi. Tərəfli tarixçilər, Azərbaycan dövlətlərini “İran dövləti” kimi adlandıraraq həqiqəti gizləyirlər (Halbuki “İran” kəlməsi, 1925-ci ildə türksoylu Qacar dövlətinin çöküşündən və farssoylu Pəhləvi xanədanının taxta keçməsindən sonra meydana çıxdı).
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan sərhədlərindən uzaqda yaşayan bu türklər, bu gün Azərbaycan vətəndaşlarının əvvəllər sahib olduğu sərhədləri xatırladır… vətənlərindən ayrı düşən bu türklərin ehtiyaclarının qarşılanması bugünki Azərbaycanın həm vəzifəsi, həm də borcudur”.
Qaynaq: Nuray Türksoy, “300 yıldır Afganistan’da yaşayan Azerbaycan Türkleri ile tanışın” – Milli Düşünce Merkezi.
Ramil Əkbərov
Comments are closed.